Seyci Naqata

Masaci Naqata[a] (長田 政二, Naqata Masaci?, 1887, İbaraki prefekturası8 sentyabr 1938, Los-Anceles dairəsi, Kaliforniya)yapon əsilli ABŞ-lı həvəskar astronom.[1] 1931-ci ildə fermerliklə məşğul olarkən yeni kometa kəşf etdikdən sonra tanınmışdır.[1]

Masaci Naqata
Doğum tarixi 1887
Doğum yeri
Vəfat tarixi 8 sentyabr 1938(1938-09-08)
Vəfat yeri
Vəfat səbəbi hemorragik insult[d]
Fəaliyyəti astronom

Naqata kometa kəşf edən ilk həvəskar astronomlardan biri olmuş, Kaliforniya ştatında həvəskar astronomiya sahəsində əhəmiyyətli töhfələr vermişdir.[1] Onun kəşf etdiyi Naqata kometası tarixdə yapon şəxsin şərəfinə adlandırılmış ilk kometadır.[1]

Naqata 1886-cı ildə Yaponiyanın İbaraki prefekturasında doğulmuşdur.[1] Onun atası da fermer və həvəskar astronom olmuşdur.[1] Atası onun astronomiyaya maraq göstərməsində böyük rol oynamışdır.[1]

Naqata 1907-ci ildə ABŞ-yə miqrasiya etmişdir.[1] 1909-cu ildə Kaliforniya ştatında yerləşən İmperial dərəsinə köçərək BrauliVestmorlend şəhərləri arasındakı ərazidə fermerliklə məşğul olmağa başlamışdır.[1] 1913-cü ildə qəbul edilən qanun yapon miqrantlarının torpaq sahibi olmasının qabağını aldığı üçün o, tez-tez yer dəyişdirməli olmuşdur.[1]

Naqata fermerliklə məşğul olarkən həvəskar şəkildə astronomiya ilə məşğul olmuş, hətta iş yoldaşlarını da astronomiyaya həvəsləndirmişdir.[1] İrriqasiya prosesi 24 saatlıq tapşırıq olduğu üçün gecələr ulduzları müşahidə etmək ideal hobbi idi.[1] Naqata Yaponiya və ABŞ alimlərinin kitablarını, eləcə də, jurnallarını oxuyurdu.[1] 1923-cü ildə isə ilk teleskopunu düzəltmişdir.[1] O, ümumilikdə, 9 teleskop hazırlamışdır.[1]

Məşhurlaşması

[redaktə | mənbəni redaktə et]

Naqata 15 iyul 1931-ci ildə Neptun planetini 80 millimetrlik Zeiss teleskopu ilə müşahidə edərkən tanımadığı bir göy cismi müşahidə etmişdir.[1] Növbəti axşam göy cismini yenidən müşahidə edən Naqata onun hərəkət etdiyini görmüş və kometa olmasından şübhələnmişdir.[1] Astronomiya jurnalları və xəritələri vasitəsilə təyinat apara bilməmiş və bu barədə Vilson Dağı rəsədxanasına məlumat vermişdir.[1] Rəsədxana Naqatanın yeni kometa kəşf etdiyini təsdiqləmişdir.[1] Tezliklə kəşf barədə dünyaya məlumat verilmiş və Beynəlxalq Astronomiya İttifaqı tərəfindən kometaya Naqata adı verilmişdir.[1]

Naqata bu kəşfi ilə kometa kəşf edən ilk həvəskar astronomlardan biri olmuş və məşhurlaşmışdır.[1] Yerli kütləvi informasiya vasitəsiləri ondan müsahibələr almışdırlar.[1] 10 sentyabr 1931-ci ildə Sakit Okean Astronomiya Cəmiyyətinin nümayəndəliyi onu ziyarət etmiş və ona Donohoe Kometa Medalını təqdim etmişdir.[1] 1933-cü ildə yaradılmış Sitrus Qurşağı Həvəskar Astronomlar Klubunun üzvü olmuş və tez-tez klubun üzvü kimi Riversayd şəhərinə səyahət etmişdir.[1] 1936-cı ildə Los-Anceles Astronomiya Cəmiyyətinin dəvəti ilə radioda çıxış etmişdir.[1] 25 aprel 1933-cü ildə Yaponiyanın "Tenkai" jurnalı üçün "Yerlə kometalar arasında qarşılaşmalar" adlı məqalə yazmışdır.[1]

1932-ci ildə Kiotoda yerləşən Şərq Astronomiya Cəmiyyəti Naqatanı cəmiyyətin Şimali Amerikadakı təmsilçisi seçmişdir.[1] 1938-ci ilin martında İmperial Dərəsi Astronomiya Cəmiyyəti yaradılanda Naqata qurucu üzvlərdən biri olmuşdur.[1]

Naqata gecələr baş ağrılarından əziyyət çəkdiyini bildirirdi.[1] 1938-ci ilin yayında baş ağrıları dözülməz vəziyyətə çatanda tibbi yardım üçün Los-Ancelesə gəlmişdir.[1] 8 sentyabr 1938-ci ildə Los-Anceles Dairəsi Ümumi Xəstəxanasında hemorragik insult səbəbilə ölmüşdür.[1]

Naqatanın küllərinin saxlanıldığı qab İmperial dərəsinə gətirilmiş və 15 sentyabr 1938-ci ildə Brauli Buddist Kilsəsində dəfnetmə mərasimi baş tutmuşdur.[1] Dəfnetmə mərasiminə ABŞ və Yaponiya icmasından, eləcə də, astronomiya dünyasından bir çox şəxs qatılmışdır.[1]

  1. Pasportunda qeyd olunan adı "Masani" olsa da, o, "Masaci" adından istifadə etməyə üstünlük vermişdir.
  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 Asamen, Tim. "Masani Nagata: The Farmer Who Discovered a Comet". Discover Nikkei (ingiliscə). 26 iyul 2021. 26 oktyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 oktyabr 2022.