Seyfəddin Dağlı

Abbasov Seyfəddin Əliağa oğlu (Seyfəddin Dağlı) (27 avqust 1921, Xızı, Quba qəzası18 yanvar 1983) — Azərbaycan yazıçısı, şair, dramaturq, jurnalist.

Seyfəddin Dağlı
Doğum adı Seyfəddin Abbasov
Təxəllüsü Dağlı
Doğum tarixi 27 avqust 1921(1921-08-27)
Doğum yeri
Vəfat tarixi 18 yanvar 1983(1983-01-18) (61 yaşında)
Həyat yoldaşı Gülarə Cabbarlı[1]
Uşağı 3 [1]
Fəaliyyəti yazıçı, ssenarist
Əsərlərinin dili azərbaycanca
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı

Seyfəddin Dağlı 1921-ci avqustun 27-də Xızıda doğulub. Bir müddət "Kommunist" və "Ordu" qəzetlərində müxtəlif vəzifələrdə çalışıb. Dövlət Radio Komitəsində baş redaktor (1956–1959), sonra Bakı Telestudiyasının direktoru və sədr müavini vəzifələrində çalışıb. Uzun müddət "Kirpi" jurnalının baş redaktoru olub. "Azərbaycanfilm" kinostudiyasında ssenari redkollegiyasının üzvü, "Yazıçı" nəşriyyatında redaktor vəzifəsində çalışıb. 1948-ci ildə "Dəniz kəşfiyyatçısı" adlı kitabı nəşr edilib. "Adı sənin, dadı mənim", "Aydınlığa doğru", "Mənziliniz mübarək", "Təzə gəlin", "Kölgələr pıçıldaşır" pyesləri, "Bahar oğlu", "Məşəl", "Kəcil qapısı", "Sabiqlər" və sair kitabları geniş oxucu kütləsinin rəğbətini qazanıb.

Yazıçı Seyfəddin Dağlı 1983-cü il yanvarın 18-də dünyasını dəyişib.[1]

  • Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı — 26.08.1981[2]
  1. Onun bəlalı sevgisi (film, 1980)
  2. Qayınana (film, 1978)
  3. Adı sənin, dadı mənim (film, 1980) (tammetrajlı televiziya tamaşası) (Aztv)
  4. Gecəniz xeyrə qalsın (film, 1977)
  5. Kommunist (film, 1969)
  6. Solmaz bir bahar kimi (film, 1979)

Bakı şəhərinin Yasamal rayonunda adına küçə var.[3]

  1. 1 2 3 "Yazıçı Seyfəddin Dağlının vəfatından 41 il ötür - FOTO". Oxu.Az (az.). 2024-01-18. 2024-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-18.
  2. Seyfəddin Dağlı (S. Ə. Abbasov) yoldaşın Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 26 avqust 1981-ci il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machineanl.az saytı
  3. "Tikintidən bezən Yasamal sakinləri etiraz edirlər: "İşığımızı kəsib, bina tikirlər" - VİDEO". Oxu.Az (az.). 2024-01-18. 2024-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-18.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]