Solmaz bir bahar kimi — rejissor Cahangir Həsənağanın filmi.
Solmaz bir bahar kimi | |
---|---|
Janr | bioqrafik |
Rejissor | Cahangir Həsənağa (Zeynallı) |
Ssenari müəllifi | Seyfəddin Dağlı |
Operatorlar |
Şərif Şərifov Tofiq Sultanov |
Rəssam | Fikrət Əhədov |
İstehsalçı | "Azərbaycanfilm" kinostudiyası |
Filmin digər adı | Cəfər Cabbarlı |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkə | SSRİ |
İl | 1979 |
Texniki məlumatlar |
5 hissə 1295 metr 35 mm |
Rəng | rəngli |
Film Azərbaycanın görkəmli dramaturqu Cəfər Cabbarlının anadan olmasının 80 illiyinə həsr edilmişdir.
1934-cü ildə SSRİ yazıçılarının I qurultayında C.Cabbarlı da iştirak etmişdir. Filmdə biz onu Moskvada yazıçı Maksim Qorki ilə gəzən qurultay iştirakçıları arasında görürük. Bu görüşü əks etdirən xronikal lentdən ilk dəfədir ki, kinoda istifadə olunur. Sonrakı kinokadrda eynək arxasında qaynar gözlər görünür. C.Cabbarlı görkəmli kino xadimi Vsevolod Pudovkinlə söhbət edir. Bu epizod "Sevil" bədii filminin çəkilişi vaxtı lentə alınmışdır.
Filmə "1905-ci ildə" dramından, "Od gəlini" pyesindən, "Sevil" tamaşasından parçalar, "Sevil" və ""Almaz" filmlərindən fraqmentlər daxil edilmişdir.
Kinoda Sevil və Almaz rollarının ifaçısı, akademik İzzət Oruczadə, yazıçı Mirzə İbrahimov, aktyor Ağasadıq Gəraybəyli və başqaları C.Cabbarlı haqqında söhbət açırlar. Filmdə dramaturqun ev-muzeyi, onun müxtəlif illərdə buraxılmış kitabları, haqqında yazılmış elmi əsərlər, monoqrafiyalar da öz əksini tapmışdır.
1) 1980-cı ildə
2) 2013-cü ildə