Seyfəddin Məhiyyəddin oğlu Dadaşov (8 mart 1999, Beyləqan rayonu – 31 oktyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi.
Seyfəddin Dadaşov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 8 mart 1999 |
Doğum yeri | |
Vəfat tarixi | 31 oktyabr 2020 (21 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri |
Seyfəddin Dadaşov 1999-cu il martın 8-də Beyləqan rayonunda anadan olub.
2005-2016-cı illərdə Beyləqan rayon Mayak kənd tam orta məktəbində təhsil alıb.
2016-2020-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsində ali təhsil alıb.
2020-ci ildə magistratura pilləsinə qəbul olsa da, təhsilini yarımçıq qoyaraq hərbi xidmətə yollanıb.
Seyfəddin Dadaşov 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
Azərbaycan Silahlı Qüvvələrinin Mingəçevir şəhərində yerləşən “N” saylı hərbi hissəsində xidmətə başlayıb.
Azərbaycan Ordusunun əsgəri olan Seyfəddin Dadaşov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan İkinci Qarabağ müharibəsinə qoşulub.
Döyüşlər zamanı ayaq nayihəsindən yaralanıb hospitala göndərilsə də, orada sadəcə 2 gün qalıb və yenidən döyüşlərə qatılmaq üçün ön cəbhəyə qayıdıb.
Ağdərə-Suqovuşan istiqamətində gedən döyüşlərdə fəal iştirak edib, xüsusi sücaət və qəhrəmanlıq göstərib.
Oktyabrın 31-də Suqovuşanda gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olub. Beyləqan rayonu, Mayak kəndində dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Seyfəddin Dadaşov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[1]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Seyfəddin Dadaşov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Seyfəddin Dadaşov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]