Seyfulqabit Məcidov (1869-1938) - XX əsr Qaraqalpaq ədəbiyyatının yaradıcılarından biri. Qaraqalpaq poeziyasının ən tanınmış təbliğatçılarından biri. Qaraqalpaq milli məktəbləri üçün ilk dərsliklərin müəllifi.
Seyfulqabit Məcidov 1869-cu ildə Kazan quberniyasında anadan olmuşdur. Öz valideynlərilə gənclik dövründə gəzdiyi Qaraqalpaqstan isə onun ikinci vətəninə çevrilmişdir. Tezliklə qaraqalpaq dilini mükəmməl öyrənən S.Məcidov bütün istedad və bacarığını qaraqalpaq ədəbiyyatının yaranmasına və maarifçiliyin inkişafına həsr etmişdir.
O, 1920-ci ildə Kunqrad Rayon İcraiyyə Komitəsində katib, 1921-ci ildə isə Kunqrad rayon Xalq Maarif Şöbəsinin rəhbəri olmuşdur. 1924-cü ildə Xarəzm Sovet Xalq Respublikası tərəfindən Qırmızı Bayraq ordeni ilə təltif edilmişdir. 1931-ci ildə Yerkin Qaraqalpaq" qəzetinin məsul katibi, 1934-cü ildə isə Turtkulda diyarşünaslıq muzeyinin bələdçisi işləmişdir.
Seyfulqabit Məcidov 1938-ci ildə vəfat etmişdir. [1]
Seyfulqabit Məcidov qaraqalpaq milli məktəbləri üçün ilk dərsliklərin müəllifi kimi geniş fəaliyyət göstərmişdir. Əksər şeirlərində gəncləri biliklərə yiyələnməyə çağırmışdır. Məcidovun ədəbi yaradıcılığında dram janrı son dərəcə böyük rol oynamışdır. Onun «Bağdagül», «Təzəgül», «Yernəzər Alagöz» kimi pyesləri müxtəlif illərdə qaraqalpaq teatrının səhnəsində müvəffəqiyyətlə tamaşaya qoyulmuşdur. Təsadüfi deyildir ki, S.Məcidovu K.Auezov və A.Ötepov ilə birlikdə qaraqalpaq dramaturgiyasının əsasını qoyanlardan hesab edilməkdədir. «Qaraqalpaq şairləri» kitabına ədibin «Azadlıq ulduzu», «Qaraqalpaq», «Gəlinlərə və təzə gəlin gedənlərə», «Əlçək», «Atalarımız», «Qızlara», «Yorulma Dixayle» və başqa bu kimi əsərləri rus dilinə S.Severtsev tərəfindən tərcümə olunmuşdur. S.Severtsev S.Məcidovun və ümumi qaraqalpaq poeziyasının ən tanınmış təbliğatçılarından biridir. Adlarını çəkdiyimiz və digər şeirlərində o, xalq həyatının gerçək obrazını yaratmağa müvəffəq olmuşdur:
Xanlar dövrü sən kim idin, qaraqalpaq, Vətəninsə zindan idi, qaraqalpaq, Hamı səni “avam” deyə çağırırdı Hamı üçün sən qul idin, qaraqalpaq. Hər yetənlər şərəfini tapdalatdı Bədbəxtliyin sənin say-hesabsızdı, Qədim ruhun bəlkə çiçək açmazdı, Damarında qan qurusa, qaraqalpaq. |
S.Məcidov iki bir-birindən fərqli dövrün müasiridir. Onun məktəblərin yaradılması ilə bağlı təşkilatçılıq fəaliyyəti, ilk qaraqalpaq qəzetinə redaktorluğu və çoxsaylı şeirləri, pyesləri, nağılları, təmsilləri XX əsr qaraqalpaq ədəbiyyatının ilk nümunələri hesab olunmaqdadır. S.Məcidovun ən çox sevdiyi mövzulardan biri təhsil mövzusu idi. Onun bu tipli şeirləri sırasında xüsusən «Get öyrən», «Təzə arna», «Qızgetgen» və başqa əsərləri maraqlıdır. Seyfülqabit Məcidov həm də klassik tatar poeziyasının görkəmli nümayəndəsi, böyük Sabirin müasiri, Azərbaycan oxucularına yaxşı tanış olan Q.Tukayın əsərl ərinin qaraqalpaq dilinə tərcüməçisidir. [2]
Сейфулгабит Маджитов (1869-1938)[ölü keçid]