Seyidə Əl Hürrə

Seyidə Əl Hürrə (tam adı Seyidə əl-Hürrə bint Əli ibn Rəşid əl-Aləmi; ərəb. السيدة الحرة‎) — Tetuan hakiməsi, (1485–1542-ci ildən sonra), 1515–1542-ci illərdə Tetuanın kraliçası və XVI əsrin əvvəllərində dəniz quldurlarının şahzadəsi.[1] O, müasir dövrdə islam qərbinin ən mühüm qadın şəxslərdən biri kimi tanınır.[2] Türk dəniz qulduru Əlcəzair hökmdarı Oruc Barbarossa ilə birləşərək, Əl Hürrə Aralıq dənizinin qərb hissəsinə nəzarət edirdi. Oruc Barbarossa isə şərq hissəsini öz nəzarəti altında saxlayırdı. Həmçinin Seyidə Əl Hürrə Tetuanın məmuru idi. 1515-ci ildə, ərinin ölümüdən sonra, o, islam tarixində Əl Hürrə (şahzadə) adını əldə edən son şəxs olmuşdur. Sonra o, Mərakeş sultanı Əhməd əl-Outtasi ilə evlənir, lakin bunu etmək üçün Tetuanı tərk etməyə razılaşmır. Mərakeş tarixində bu ilk və yeganə Sultan izdivacı idi ki, paytaxt Fəs şəhərindən kənarda qeyd olunurdu.[3] Seyidə Əl Hürrə "Hökumət qarşısında baş əyməyən azad, müstəqil, suveren xanım". Tetuan hakiməsi isə — Tetuan şəhərinin qubernatoru mənasın daşıyır.

Seyidə Əl Hürrə
ərəb. السيدة الحرة
Doğum tarixi 1485
Vəfat tarixi ən tezi 1542
Fəaliyyəti siyasətçi, sultana[d], privateer[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Seyidə Əl Hürrə 1485-ci ildə Banu Rəşid adlı məşhur müsəlmanın ailəsində anadan olub. Onun ailəsi Mərakeş və ya Əndəlus mənşəlidi. Kral Ferdinand və İzabella 1492-ci ildə Rekonkistanın sonunda Qranada əmirliyini məğlub edərək dağıdandan sonra, o, ailəsi ilə birlikdə Mərakeşə qaçır və onlar Fəsin yaxınlığında Şafşavan adlı kiçik bir şəhərdə məskünlaşırlar..[4]

Seyidənin uşaqlıq illəri, Qranadadan məcburi köçürülmə xatirələri istisna olmaqla, xoşbəxt və təhlükəsiz keçmişdir. O uşaq olarkən, atası öz dostuna onu ərə verməyi söz verir və 16 yaşında olarkən, Seyidə özündən 30 yaş böyük olan, Əl-Mandri adlı şəxslə ailə qurur. Bəzi qaynaqlarda Seyidənin Əl-Mandrinin oğlu, Əl-Mandri II ilə ailə qurması iddia olunur.[5]

Ağıllı bir qadın olduğu üçün, Seyidə ərinə işlərin idarə olunmasında yaxından kömək edirdi və 1515-ci ildə, ərinin vəfatından sonra, o, Tetuan şəhərinin qubernatoru olur. İspan və portuqal tarixi qaynaqlarında Əl Hürrə "Diplomatik oyunlarda mahir partnyor" kimi qeyd olunur.

Tezliklə o yenidən nikaha girir. Bu dəfə onun seçimi Mərakeş sultanı, Əhməd əl-Outtasi olur. Sultan evlənmək üçün Tetuana gəlir. Səyidə israr edir və bununla hər kəsə, Sultanla evləndiyinə baxmayaraq, Tetuanın idarəetməsindən kənarlaşmayacağını göstərir.

Seyidə Qranadadan qaçmasını və alçaldığını unuda bilmirdi. "Xristian düşmənindən" qisas almaq arzusu ilə o dəniz qulduru olur. O Əlcəzair hökmdarı Oruc Barbarossa ilə danışıqlar aparır və onlar əlbir olub, Aralıq dənizini nəzarətləri altında saxlayırlar. Onun, Aralıq dənizinin üzərində hökmü olan bir şahzadə kimi, xristianların arasında böyük hörməti var idi. Həmçinin o, portuqal və ispan əsirlərinin azad olunması üçün danışıqların aparıldığı şəxs idi. Məsələn, Fatma Mernissinin "İslamın unudulmuş şahzadələri" adlı kitabında, 1540-cı ilə təsadüf edən sənədlər qeyd olunur. Onlara istinadən, "Cəbəllütariq boğazında uğurlu əməliyyatdan sonra, quldurlar külli miqdarda mal və əsir əldə etmişdirlər" və onların azad edilməsi üçün "İspanlar Seyidə Əl Hürrə" ilə danışıqlar aparmışdır.[6]

Bəzi tarixçilər "Seyidə Əl Hürrənin hökmdar kimi qəbul olunması"nın qeyri-adiliyini onun "İspaniyanın güclü qadın hökmdarları, məsələn Kastilyalı Birinci İzabel kraliçası ilə Əndəlus tanışlıqları idi". Digərləri isə Əl Hürrənin qubernator olmasını "Aralıq dənizinin quldurlarının şübhəsiz lideri" olması ilə əlaqələndirirlər.[7][8]

Seyidə Əl Hürrə sərgüzəşt və romantika dolu həyat yaşayıb. 1542-ci ildə, 30 il qubernator olduğundan sonra, kürəkəni onu devirərək, hakimiyyəti əlinə alır. Yəmən Times qəzetinə istinadən, "Onun bütün əmlakı və gücü əlindən alınmışdır və onun sonrakı taleyi məlum deyil".[1]

  1. 1 2 "Extraordinary Muslim women". Yemen Times. 06–04–2010. Retrieved 11 February2011
  2. Rodolfo Gil (Benumeya) Grimau. "SAYYIDA AL-HURRA, MUJER MARROQUÍ DE ORIGEN ANDALUSÍ" (PDF). Retrieved 11 February 2011.
  3. "Extraordinary Muslim women". Yemen Times. 06–04–2010. Retrieved 11 February2011Rodolfo Gil (Benumeya) Grimau. "SAYYIDA AL-HURRA, MUJER MARROQUÍ DE ORIGEN ANDALUSÍ" (PDF). Retrieved 11 February 2011.
  4. Mernissi, Fatima (1997). The Forgotten Queens of Islam. Univ. Of Minnesota Press. p. 18. ISBN 978-0-8166-2439-3. Retrieved 11 February 2011.
  5. Thomas Kerlin Park, Aomar Boum (January 28, 2006). Historical dictionary of Morocco. The Scarecrow Press, Inc. p. 317. ISBN 978-0-8108-5341-6. Retrieved11 February 2011.
  6. Mernissi (1997), səh. 193
  7. Ann Marie Maxwell. "The Daring Daughters of Kahena". Retrieved 11 February 2011.
  8. Eugene Sensenig-Dabbous (2003), "Non-Arab Women in the Arab World" (PDF), al-Raida (Beirut University College. Institute for Women's Studies in the Arab World) 20 (101–2): 20, retrieved 11 February 2011