Seyid Əhməd Arvasi

Seyid Əhməd Arvasi (15 fevral 1932 - 31 dekabr 1988)—türk sosiloqu, etnoqrafı, pedaqoqu və yazıçısı.

Seyid Əhməd Arvasi
türk. Seyyid Ahmet Arvâsî
Doğum tarixi
Doğum yeri

Ağrı
{{ {{{1}}} | miqyas = | alias = Türkiyə | flag alias = Flag of Turkey.svg | flag alias-imperiya = Flag of the Ottoman Empire (1844–1922).svg | variant = | altlink =

}}
Vəfat tarixi (56 yaşında)
Dəfn yeri
Vətəndaşlığı
Fəaliyyəti siyasətçi, yazıçı

Həyatı[redaktə | mənbəni redaktə et]

Seyid Əhməd Arvasi 1932-ci ildə Ağrının Doğubeyazıt mahalında doğulub. Ailə tərəfindən Vanın Baxçasaray (Müküs) qəsəbəsinə bağlı Doğanyayla (Arvas) kəndindəndir Mühitlərində bu kəndin adına görə «Arvasilər» kimi tanınıblar. Soyadı qanunu çıxdıqdan sonra kəndlərinin adı soyadları oldu. Atası Abdülhakim Arvasidir. 1952-ci ildə Ərzurum Müəllim məktəbindən məzun olub. Bir müddət ibtidai məktəb müəllimliyi etdi. 1958-ci ildə Qazi Təhsil İnstitutu Pedaqogika fakultəsindən məzun olub. Balıkesir və İstanbuldakı Təhsil İnstitutlarında müəllimlik edib. 1979-cu ildə təqaüdə çıxıb. Eyni il Milliyyətçi Hərəkət Partiyası (MHP) Ümumi İdarə heyətinə seçilərək, bu partiyadakı vəzifəsinə 12 sentyabr 1980 — ci tarixində baş verən dövlət çevrilişinə kimi davam edib. MHP — dən İstanbul senatorluğuna namizəd olub. «Hər gün» qəzetində, «Türk-İslam ülküsü» başlığı ilə gündəlik məqalələr yazıb. 12 sentyabr çevrilişindən sonra, MHP və ülkücü təşkilatlara görə mühakimə olunub. Mamak Həbsxanasında işgəncə görüb. Həbsdən azad olunduqdan sonra idealist qəzet və jurnallarda yazılar yazıb. Türkiyə qəzetində «Həsbihal» başlığı ilə məqalələri nəşr edilib. 56 illik ömürünün hər dövründə dayanmadan yazıb. 31 dekabr 1988 — ci il tarixində İstanbul Erenköydəki evində vəfat edib.

Əsərləri[redaktə | mənbəni redaktə et]

  • Türk-İslam ülküsü (3 cild)
  • Özünü axtaran adam
  • İnsan və insandan sonra
  • Dialektikamız və Estetikamız
  • Şeirlərim
  • Təhsil sosiologiyası
  • Şərqi Anadolu gerçəyi
  • Qabaqcıl Türk milliyyətçiliyinin əsasları,
  • «Həsbihal» (6 cild) («Həsbihal» daha sonra mövzularına görə bu adlarda nəşr olunub: «İmperializmin oyunları», «Dövlətin dini varmı?», «Qadın və kişi», «İnsanın təkliyi».

Həmçinin bax[redaktə | mənbəni redaktə et]