Seyid Abdullah Nuri (Tacikcə: Сайид Абдулоҳи Нурӣ, 15 mart 1947 – 9 avqust 2006, Düşənbə) — 1993-cü ildən ölənə qədər Tacikistan İslam İntibah Partiyası'na rəhbərlik etmişdir. 2006-cı ilin sonlarında xərçəng xəstəliyindən dünyasını dəyişmişdir. 1992 ilə 1997-ci illərdə baş verən Tacikistan Vətəndaş Müharibəsi'ndə Birləşmiş Tacikistan Müxalifətini idarə etdi. Abdulloh Nuri və Tacikistan Prezidenti İmaməli Rəhman, 1997-ci ildə Tacikistan Milli Sülh Müqaviləsi'ni imzalayaraq vətəndaş müharibəsini sona çatdırdı.
Seyid Abdullah Nuri | |
---|---|
tac. Сайид Абдуллоҳи Нурӣ | |
Doğum tarixi | 15 mart 1947 |
Vəfat tarixi | 9 avqust 2006 (59 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | xərçəng xəstəliyi |
Fəaliyyəti | siyasətçi |
Nuri 1974-cü ildə bir İslami tədris qruplaşması olan Nahzat-i Islomi'ni təsis etdi. Sovet polisi onu 1986-cı ildə dini təbliğat yaymaqdan həbsxanaya atdı və 1988'ə qədər həbsxanada qaldı. O bu müddətdə daha da radikallaşdı.