Seyid Məhəmmədəli Şeyx Cəmaləddin oğlu Camalzadə (13 yanvar 1892[1], İsfahan – 8 noyabr 1997[1], Cenevrə) — İran yazıçısı və tarixçisi.
Seyid Məhəmmədəli Camalzadə | |
---|---|
Seyid Məhəmmədəli Şeyx Cəmaləddin oğlu Camalzadə | |
Doğum tarixi | 13 yanvar 1892[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 8 noyabr 1997[1] (105 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | dilçi, yazıçı, tarixçi, roman yazıçısı, tərcüməçi, şair |
Vikianbarda əlaqəli mediafayllar |
Seyid Məhəmmədəli Camalzadə 1892-ci ildə İsfahanda doğulmuşdu. Atası Seyid Cəmaləddin Vaiz İsfahani Məşrutə hərəkatının tanınmış simalarından idi. 1910-cu ildə Livan fransız Antur kollecini bitirmişdi. Misirdən keçərək Parisə getmişdi. İran səfiri onun Parisə gəlməsini istəməyərək Lozannaya getməsini xahiş etdi. Gənc yazıçı burda Jozefina ilə tanış olmuşdu. İran səfiri onu yenidən yanına çağırıb, məhəbbət macərasına son qoyub, işlə məşğul olmasını tövsiyə etdi. Sonra Lozannanı tərk edib, Lion, Bordo və Dijon şəhərlərinin birində yaşamağı seçməsini tələb etdi. Məhəmmədəli Camalzadə Jozefinanın Dijonda olduğunu bilib, oranı seçdi. Sevgilisini tapıb evləndi.
Seyid Məhəmmədəli Camalzadə 1914-cü idə Dijon universitetinin hüquq fakültəsini bitirdi.