Seyidnəzər Seydi (1775[1][2], Lebap vilayəti – 1836[1][2]) — Türkmənistan şairi.
Seyidnəzər Seydi | |
---|---|
türkm. Seýdi | |
Təxəllüsü | Сеиди |
Doğum tarixi | 1775[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 1836[1][2] |
Fəaliyyəti | yazıçı, şair, hərbi lider[d] |
Seyidnəzər Seydi Vikimənbədə |
1768-ci ildə Türkmənistanın Qarabəkirli rayonunun Lebab-Lamma kəndində dünyaya göz açıb. Onun ailəsi o bölgədə geniş tanınan Ensarilər tayfasındandır. S.Seydi Həbib xocanın açdığı molla məktəbində oxuyub, Qurani Kərimi mükəmməl öyrənib. Sədi Şirazinin “Gülüstan”, “Büstan” kitablarını mütaliə edib.[3]
Şair Xivə xanlığının qədim Mərv (indiki Marı) bölgəsinə köçür. Dostu şair Zəlilinin yaşadığı Qaraqala kəndində məskunlaşır. Ancaq onun bu kənddə də günü xoş keçmir. Maddi cəhətdən güzəranı gündən-günə ağırlaşır. Ona himayədarlıq edən şair Zəlili Xivə xanı Məhəmmədrəhim tərəfindən 7 illik həbs cəzasına məhkum edilir. Şairin həbsi böyük narazılığa səbəb olur. Bütün bunlar Seydinin yaratdığı bədii nümunələrdə də yer alıb.
Şairin günümüzə gəlib çatan “Qaldın, xoş indi”, “Dönməm, bəylər”, “Olduğu vardır”, “Ensarının igidləri”, “Qoçaqlar”, “Gəlin”, “İgidlər”, “Görülsün indi”, “Çıxıb gedəlim”, “Biçarə olub gəldik”, “Qarı səvaba”, “Dövranı vardır”, “Mübarək olsun”, “Dövrandan ayrıldıq” və s. şeirləri bədii dəyərinə, məzmuna görə bu gün də öz əhəmiyyətini saxlamaqdadır.
Şair Qarrıqala türkmənləri ilə birlikdə Qacarlara tabe olmaqdan boyun qaçırır. Qacar sərkərdəsi Əhmədalı Mirzə ilə Qarrıqala türkmənləri arasında döyüş baş verir. 1830-cu ildə döyüşlərin birində şair həlak olur.