Seyidyurd dağı

Seyidyurd dağıŞəki rayonunda dağ. Yüksəkliyi 3889.8 m. Böyük Qafqaz dağlarının cənub ətəklərində yerləşir. Salavat aşırımının cənub-şərqindədir.

Şəki rayonunda yerləşən Seyidyurd dağı. Şəki rayonu Şin kəndindən axan Şinçay öz başlanğıcını Seyidyurd və Qaraqaya dağlarından götürür.

Güman edilir ki, Seyidyurd dağının adının mənası Azərbaycanda mövcud olmuş Şavsevən tayfa qrupuna daxil olan Seyidlilər ilə bağlıdır. Belə ki, Azərbaycanın bir çox rayonlarında "Seyidli", "Seyidlər", "Seyidçay" və s. kimi adlara rast gəlmək olar. Seyidlilər Cənubi Azərbaycanın Meşkin və Muğan ərazilərində yaşamaqla maldarlıq və əkinçiliklə məşğuldurlar.[1] Toponim Seyidin yurdu mənasındadır.[2]

  1. Azadlıq.info - Qədim türklərin oylağı Xanqərvənd
  2. Исмајыл Вәлијев - Азәрбајҹан топонимләри енсиклопедик лүғәти, "Азәрбајҹан Енсиклопедијасы" Нәшријјат-Полиграфија Бирлији, 1999