Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, yönləndirilə və ya silinə bilər. |
Seymur Aydın oğlu Musayev (18 sentyabr 1974, Xınalı, Qasım İsmayılov rayonu) — Ürək-damar cərrahı, tibb elmləri namizədi. Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının üzvü[1]
Seymur Musayev | |
---|---|
Musayev Seymur Aydın oğlu | |
Doğum tarixi | 18 sentyabr 1974 (49 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Elm sahəsi | tibb |
Elmi dərəcəsi | Tibb elmləri namizədi |
İş yeri | Mərkəzi Neftçilər Xəstəxanası |
Tanınır | Ürək-damar cərrahı |
Üzvlüyü |
|
Seymur Musayev 18 sentyabr 1974-cü ildə Goranboy rayonunun Xınalı kəndində anadan olub. 1980–1985-ci illərdə Goranboy rayon Xınalı kənd orta məktəbində, 1985–1991-ci illərdə isə Gəncə şəhər 5 saylı orta məktəbində oxumuş və orta məktəbi qızıl medalla bitimişdir.
2003-cü ildə Türkiyə Respublikasında Uzmanlıq Diplomu müdafiə etmişdir.
14 aprel 2005-ci ildən 15 iyul 2005-ci ilə qədər Türkiyə Respublikasının İzmir şəhərindəki "Şifa Xəstəxanalar Qrupu"nun "Şifa Xəstəxanası"nda ürək-damar cərrahı işləmiş və xəstələrə intensiv terapiyaya dair məsləhətlər vermişdir.
2005-ci ildən Mərkəzi Neftçilər Xəstəxanasının "Ürək-damar cərrahiyəsi şöbəsi"ndə ürək-damar cərrahı işləyir. Bu illər ərzində onun rəhbərliyi altında yüzlərlə uğurlu əməliyyat aparılmışdır.[2]
"Ürək və damar xəstəlikləri mərkəzi"nin rəhbəri Rəşad Mahmudovla birlikdə 4000-dən çox və həmçinin regionlarda (Naxçıvan, Lənkəran, Şirvan, Qəbələ, Zaqatala, Qazax, Gəncə) açılmış yeni diaqnostik mərkəzlərdə 170-dən artıq açıq ürək əməliyyatları aparmışdır.
2005-ci ildən xaricdə keçirilən 8 beynəlxalq konfransın və Azərbaycanda keçirilən 2 beynəlxalq konfransın iştirakçısıdır.
Seymur Musayev 2006-cı ildə namizədlik dissertasiyası müdafiə edərək Tibb elmləri namizədi alimlik dərəcəsi almışdır.
Hal-hazırda Mərkəzi Neftçilər Xəstəxanasının ürək-damar cərrahiyəsi şöbəsinin müdiri kimi fəaliyyət göstərir.[3]