Seyran Firdovsi Saroyan[3] (erm. Սեդրակ Ֆիրդուսի Սարոյան ; 3 sentyabr 1967, Qarğabazarı, Üçkilsə rayonu[2] – 13 avqust 2022[1], İrəvan) və ya Sedrak Saroyan[4] — Ermənistan hərbçisi və siyasətçisi, Xocalı soyqırımını törədənlərdən biri.[5][6] 2007-ci ildən 2018-ci ildə istefaya gedənə qədər Ermənistan parlamentində xidmət etmişdir. Saroyan xidmət etdiyi müddətdə Ermənistan Respublika Partiyasına bağlı müstəqil siyasətçi olmuşdur. Saroyan siyasətə gəlməzdən əvvəl Ermənistan Quru Qoşunlarının general-mayoru olmuş, Birinci Qarabağ müharibəsi zamanı 2-ci Ordu Korpusuna komandanlıq etmişdir.
Seyran Saroyan | |
---|---|
erm. Սեյրան Սարոյան | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 sentyabr 1967 |
Doğum yeri | |
Vəfat tarixi | 13 avqust 2022[1] (54 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Təltifləri |
Seyram Saroyan 3 sentyabr 1967-ci ildə o vaxt Sovet İttifaqının tərkibində olan Ermənistan Sovet Sosialist Respublikasının Qarğabazarı kəndində anadan olmuşdur.[7] Atası Firdovsi Saroyan Üçkilsə şəhərinin kənd təsərrüfatı idarəsinin müdiri idi.[8] 1984-cü ildə yerli orta məktəbi bitirdikdən sonra Saroyan 1985-ci ildən 1987-ci ilə qədər Sovet Ordusu sıralarına çağırılmışdır. Ordudan ayrıldıqdan sonra bir müddət "Haykimiya" adlı regional firmada mühəndis köməkçisi vəzifəsində çalışmışdır.[7][9]
1989-cu ildə Qarabağ hərəkatının üzvü Saroyan Azərbaycana qarşı Birinci Qarabağ müharibəsində könüllülərdən ibarət dəstə toplamış və ona rəhbərlik etmişdir. Müharibə zamanı kiçikmiqyaslı dəstə tam bir batalyona – "Artsvik-10" əməliyyat qrupuna çevrilmişdir.[10][11] Saroyan Xocalı soyqırımını törədənlərdən biridir.[5][6] O, bundan başqa, Kəlbəcər, Qubadlı və Zəngilan döyüşlərində batalyona rəhbərlik etmişdir.[10][11]
1992-ci ildə Saroyan rəsmi olaraq Ermənistan Ordusuna qoşulmuşdur. Növbəti il 2-ci Ordu Korpusuna komandan təyin edilmişdir. Çox keçməmiş, 4-cü Ordu Korpusuna komandan təyin olunmuşdur. 2000-ci ildə Saroyan general-mayor rütbəsinə yüksəlmişdir. 1990-cı illərin sonundan 2000-ci illərin ortaları arasında Saroyan bir sıra xarici hərbi akademiyalarda təhsil almışdır.
Saroyan 13 avqust 2022-ci ildə 54 yaşında İrəvanda yerləşən İzmirliyan Tibb Mərkəzində vəfat etmişdir. İki gün sonra Üçkilsədə dəfn edilmişdir. Saroyan xroniki sağlamlıq problemlərindən, xüsusən də qan damarlarında problemlərdən əziyyət çəkirdi.