Seysmik rejim

Seysmik rejim— ərazinin zaman və məkan üzrə araşdırılan zəlzələlər toplusu[1]


Hər hansı bir ərazinin seysmik rejimi dedikdə bu ərazinin zaman və məkan üzrə araşdırılan zəlzələlər toplusu başa düşülür. Seysmik rejimin öyrənilməsi zəlzələlərin məkanda paylanması xüsusiyyətlərinin aydınlaşdırılması və bu paylanmanın tabe olduğu qanunauyğunluqların müəyyənləşdirilməsi deməkdir.

Zəlzələlərin təkrarlanma qrafiki

[redaktə | mənbəni redaktə et]

Zəlzələlərin təkrarlanma qrafiki - zəlzələlərin baş vermə tezliyinin (N) onların energetik siniflərinə K=lgE (E-seysmik enerjidir, coulla) və ya maqnitudlarına M görə paylanmasının statistik (N (K) və ya N (M)) funksiyasıdır. Təcrübə göstərir ki, bu funksiyanın qrafiki K və ya M ilə lgN koordinat sis¬temində müəyyən intervallar daxilində adətən düz xətlidir. Həmin qrafik seysmik rejimin üç əsas parametrləri ilə səciyyələnir:

1) Təkrarlanma qrafikinin mailliyi

2) Seysmik aktivlik A - qrafikin zəlzələlərin müəyyən K=K0 qiymətinə uyğun başlanğıc ordinatı;

3) Təkrarlanma qrafikinin sağ sonu ilə təyin edilən zəlzələlərin mümkün olan maksimal qiyməti K max və ya (M max).

Ərazinin seysmik rejimini öyrənərkən həmin ərazidə itirilmədən qeydə alınan zəlzələlərin minimal energetik (K min) və ya maqnitud (M min) səviyyəsinin müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Beləki, bu səviyyəni nəzərə almadan bu və ya digər ərazi üçün tərtib edilmiş episentrlər xəritəsi və ya digər seysmoloji tərtibatlar həmin ərazinin seysmikliyi haqqında yanlış təsəvvür yarada bilər. İtirilmədən qeydə alınan zəlzələlərin minimal energetik səviyyəsinin müəyyənləşdirilməsi üçün qrafik və zəlzələlərin qeyd edilmə uzaqlığının qiy-mətləndirilməsi metodlarından istifadə olunur.Qrafik üsul ondan ibarətdir ki, energetik sinif (K) və ya maqnitudun (M) geniş diapazonunda zəlzələlə¬rin təkrarlanma qrafiki qurularkən onun sol hissəsində N(K) və ya N(M) nöqtələrinin (orta təkrarlanma tezliklərinin) approksimasiya xəttindən kənara çıxmaları müşahidə olunur. Belə hallar müşahidə materiallarının emalı zamanı seysmik müşahidə şəbəkəsi stansiyalarının həssaslığının məhdudluğu ilə əlaqədar olaraq müəyyən energetik sinifli (K) və ya maqnitudlu (M) zəlzələlərin itirilməsi ilə izah olunur. Hesab olunur ki, təkrarlanma qrafikində approksima¬siya xəttindən sol tərəfə meyillənmiş nöqtəyə uyğun gələn sinifdən (K) və ya maqnituddan (M) sağdakı sinif (maqnituda) itirilmədən qeydə alınan zəlzələlə¬rin minimal energetik (maqnitud) səviyyəsinə uyğun gəlir. Qeydə alınan həmin zəlzələnin energetik sinifini müəyyənləşdirmək üçün uzununa (P) və eninə (S) dalğaların həmçinin müvafiq amplitudlarını ölçmək tələb olunur. Zəlzələlərin təkrarlanma qrafiki N=N (K) adətən energetik siniflər üzrə qurulur: zəlzələlərin sayı N hər energetik sinifin K tam ədədli qiyməti üçün K0,5 intervalında müəyyənləşdirilir. Bu zəlzələlərin energetik sinifləri üzrə paylanması qrafikidir.

Seysmik aktivlik

[redaktə | mənbəni redaktə et]

Seysmik aktivlik dedikdə vahid sahədə vahid zaman ərzində (adətən S=103 km2 və T=1 il qəbul edilir) baş verən müəyyən energetik sinifli (adətən K=10) zəlzələlərin sayı nəzərdə tutulur. Praktikada seysmik aktivliyin qiyməti yalnız standart energetik sinifli K0 zəlzələlərin sayını deyil, həmin zaman-məkan üzrə bütün K Kmin zəlzələlərin sayını nəzərə almaqla hesablanır. Əgər bu zaman-məkan üzrə zəlzələlərin təkrarlanma qrafiki N(K) qurulmuşsa, seysmik aktivliyin A kəmiyyəti həmin qrafikin əyrisinin (əslində düz xəttin) K=K0 nöqtə-sinə uyğun ordinatın qiymətinə uyğun olacaq.[2]

  1. A.Həsənov, Tahir Məmmədli. "Seysmologiyanın əsas elementləri". səh.111. ek.anl.az. 27 aprel 2023-cü il tarixində arxivləşdirilib.
  2. "Seysmoproqnostik Tədqiqatlar" (PDF). 2023-03-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-03-30.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]