Shojo Beat — Viz Media tərəfindən Şimali Amerikada nəşr olunan şoco manqa jurnalı. 2005-ci ilin iyun ayında Shonen Jump jurnalının qardaş jurnalı kimi nəşr olunan jurnal, altı manqa seriyasından olan seriyalı fəsillərdən ibarət idi. Jurnalda həmçinin Yaponiya mədəniyyəti, manqa, anime, dəb və gözəllik haqqında məqalələrə yer verilirdi. İlik dərcindən sonra, Shojo Beat iki redizayna məruz qaldı və ümumi yapon manqa antologiyalarında olduğu kimi, ilk ingilis antologiyalı siyan və magenta mürəkkəb tonlarını istifadə edən jurnal oldu. Viz Media öz manqalarında, yapon layt-novel və anime bölmələrini jurnalının məzmunu ilə əlaqələndirmək üçün "Shojo Beat" imprintlərinə başladı.
Shojo Beat | |
---|---|
| |
Baş redaktor | Hyoe Narita |
Əvvəlki redaktor |
Yumi Hoaşi Mark Veydenbaum |
Növ | Şoco manqa |
Dövrilik | Aylıq |
Ümumi tiraj (2007) |
38,000 |
Təsis tarixi | 2005 |
İlk buraxılışı | iyul 2005 | )
Şirkət | Viz Media |
Ölkə | ABŞ |
Qərargah | San-Fransisko, Kaliforniya |
Dil | İngilis |
ISSN | 1932-1600 |
shojobeat.com |
16-18 yaşlı qadın cinsinə hədəfələnən Shojo Beat-in ilk dərci 20 000 tiraja malik idi. 2007-ci ildə, jurnalın orta tirajı təxminən 38 000 nüsxə idi. Jurnal tirajınını yarısı, mağaza satışlardan daha çox, abunədən gəlirdi. Bəzi tənqidçilər jurnalın erkən dərclərini, darıxdırıcı və zəif yazılmış saysa da, yapon mədəniyyəti haqqında məqalələrin daxili ilə manqa seriyasının qarışdırılması, bir çox tənqidçilər tərəfindən müsbət qəbul edilmişdi. 2009-cu ilin may ayında Viz Media jurnalın nəşriyyatını dayandırdılma planlarını açıqladı — 2009-cu il iyulda jurnalın sonuncu nəşri dərc olundu. Pərəstişkarlar qəfil xəbərə məyus idi. Sənaye ekspertləri qadın komik pərəstişkarlarının öz jurnalının olmasını qeyd etsə də, Viz Medianı "Shojo Beat" imprintlərinin davam etdirməsinə görə tərifləmişdi.
2005-ci ilin fevral ayında, Viz Media "Shojo Beat" yeni manqa antaloqiyasının yaradıldığını elan etdi. Viz Medianın mövcud qardaş jurnalı olan Shonen Jump kimi təşviq olunan jurnal, altı manqa başlığı olan: Crimson Hero, Kaze Hikaru, Baby & Me, Godchild, Nana, və Absolute Boyfriend-dən ibarət idi.[1][2] Altı nəşrdən hər ikisi Shueisha, Shogakukan və Hakusenshadan gəlirdi. Jurnalın 2005-ci il iyun ayında nəşr olunan birinci nömrəsinin ön səhifəsində Nana-dan Nana Komatsu nəşr olunmuşdu.
Jurnalın orijinal baş redaktoru Yumi Hoaşi idi. 2006-cı ilin noyabr ayında Hoaşi Viz Medianı tərk etdi və Mark Veydenbaum onu baş redaktor kimi əvəz etdi.[3][4] Veydenbaum 2009-cu il 13 fevrala qədər jurnalının baş redaktoru qalsa da, jurnal onun adını 2009-cu ilin may ayına kimi qələmə verirdi.[5][6] 2009-cu ilin iyun ayının başlanğıcından, naşir Hyoe Narita jurnalın baş redaktoru oldu.[7]
Jurnalın panda talismanı, Moko, ilk olaraq 2005-ci il oktyabr ayında təqdim olunsa da,[8] o, 2006-cı il iyun ayına kimi adsız idi.[9] He later was given his own MySpace account run by Viz.[10] 2007-cı il iyul ayında, təzə talisman — Beat Girl, təqdim olundu. "Redaktora məktub" səhifəsinin hər bir dərcində görünən talisman, hər dəfə müxtəlif rəssamlar tərəfindən tərtib edilirdi.[11][12] Jurnalın üçüncü talismanı, Hoşiko adlı ulduz formalı personaj, 2008-ci ilin mart ayında Mokonun dostu kimi təqdim olunmuşdu.[13]
Jurnalın birinci ildönümü nəşrində, 2006-ci il iyul tarixində, Shojo Beat manqa səhifələri üçün, qara və ağ mürəkkəb tonlarının əvəzinə siyan və maqenta istifadəsinə keçdi. Bu Yaponiya manqa antologiya formatını əks etdirsə də, Şimali Amerikada nəşr olunan manqa antologiyaları üçün bu bir ilk idi.[14] 2007-ci ilin yanvarında Shojo Beat yeni redizayna keçdi. Yeni dizayna daha parlaq rəng sxemlər və fontlar, və oxucuları ilham edəcək yeni "Girl Hero" sütunu təqdim olunmuşdu. Mövcud sütunlar da genişləndirilmişdir.[11][12]
2009-cu ilin may ayında jurnal yeni abunələrin qəbulunu, iyulda isə nəşrlərini tam dayandırdı.[15] Cari Shojo Beat-in abunələri Viz Medianın Shonen Jump jurnalına köçürüldü.[16] Viz Median mətbuat şərhində "çətin iqtisadi iqlimin" jurnalının ləğvinin arxasında olduğunu qeyd olunmuşdu.[16]
Bir manqa antologiyası kimi, Shojo Beat-in əsas məzmunu manqa fəsillərindən ibarət idi. Əlavə özəlliklərə redaktordan məktub, manqaya aid xəbərlər, digər Viz Medianın manqasının prevyusu, Yaponiya mədəniyyəti, Yaponiyada hazırkı meyllər, dəb və gözəllik haqqında məqalələr daxil idi. Jurnalın arxa səhifəsindəki bölmələrə oxuculara aid material, o cümlədən fan art, oxucu məktubları, manqa çəkmə dərsləri və kospley olayları daxil idi.[2][17] Jurnalının rəsmi saytına əlavə məqalələr, jurnalın panda talismanı "Moko"-nu geyindirmək üçün şablon yükləmələr və "Shojo Beat" etiketi altında nəşr olunan manqa seriyaların onlayn prevyuları daxil idi.[18]
Shojo Beat Viz Media tərəfindən lisenziyalı və ingilis dilinə tərcümə olunan altı Yaponiya manqa fəsilindən ibarət idi.[2][19] Jurnalın tarixi boyu on dörd seriya təqdim olunmuşdu, onlardan yeddisi başa çatmış və digər seriyalar ilə əvəz edilmişdir. Jurnalda bütün nəşr olunana qədər yalnız dörd dəyişdirilən seriya qalmışdır. Hər bir başlıq jurnalda seriyalanıb, Viz Medianın tankobon Shojo Beat etiketi altında cildlə nəşr olunurdu. Viz Media qeyd edirdi ki, "jurnalı təzə saxlamaq" və fərdi nəşrlərin həcmini sürətləndirmək üçün vaxtaşırı natamam seriyaları dövrdən çıxarırdı.[20]
Bu Shojo Beat-də seriallaşan bütün başlıqların tam siyahısıdır. Siyahıya prevyü fəsilləri daxil olunmayıb. Jurnalın dayandırılmış zamanı nəşr olunaran başlıq adları vurğulanıb.
Shojo Beat jurnalının başlanması ilə, Viz Media öz manqa və bədii xətləri üçün yeni imprintlər yaratmışdı. Shojo Beat imprintlərinə jurnalda nümayiş edilən seriyalar, eləcə də jurnalının konsepsiyasından sonra Viz Media tərəfindən lisenziyalaşdırılan digər şoco manqa başlıqları daxil idi. Viz Media bəzi layt-novelləri "Shojo Beat Fiction" imprinti altında nəşr edirdi.[21][22] 2006-cı ilin fevral ayında, Viz Media "Shojo Beat Home Video" xəttini , əsas qadın tamaşaçıları üçün istehsal olan anime başlıqların buraxılışına başlamışdı. Yeni imprint altında ilk başlıq — Viz Medianın nəşr etdiyi manqanın anime adaptasiyası Full Moon o Sagashite idi. Yeni anime xəttinin təşviqi üçün, Viz Media Shojo Beat-in 2006-ci il iyun sayında Full Moon ilk cildinin prevyu diski daxil idi.[23] Jurnal ləğv olduğuna baxmayaraq, 2009-ci ilin May ayında Viz Media qeyd etdi ki, "Shojo Beat" manqa və anime imprintləri altında həm mövcud və həm yeni seriyaların istehsalına davam edəcək.[16]
Shojo Beat-in ilk dərci 20,000 tiraja malik idi.[2] 2006-cı ildə jurnalın orta tirajı 35,000 qədər artmışdır: Onlardan 41%-i abunə yolu ilə, qalanı isə qəzet köşklərində və mağazalar satılırdı.[24] 2007-ci ildə jurnalın tirajı 38,000-ə böyüdü, abunəsi isə 51% artdı.[25] Jurnal oxucuların əksəriyyəti (91%-i) qadın idi. "Gənc qızlar" istiqamətində ünvanlanan Shojo Beat-in əsas auditoriyası 13 və 19 yaş arasında idi və oxucuların 61%-ini, 12-17 yaş arasında oxucuların 47%-ini, 18-34 yaş arasında oxucuların 45%-ini təşkil edirdi.[25]
2008-ci ildə Shojo Beat Anime Expo-da "Ən Yaxşı Nəşr" kateqoriyasında namizəd olsa da, Yaponiyanın Newtype jurnalına uduzdu.
IGN-in yazarı olan Cessika Çobot Shojo Beat-in ilk dərcini kəskin tənqid etmişdi. Onun fikrincə, jurnal "yeniyetmə-fason jurnal" kimi oxunub-görünürdü və jurnalın ön səhifəsini "parlaq, isti çəhrayı, miqren-yaradan, qovuq-hərifli tamaşa" adlandırmışdı. Çobota görə, jurnalın məzmunun darıxdırıcı və Viz Medianın seriya seçimi ilə razılaşmayıb, "elə bil Viz onların rədd etdiyi qalaqlardan hər şeyi qəbul edib və bunu qadın əhalisinin üzərinə çəkməyə çalışdığını" qeyd etmişdi."[26] Bununla Comic World News-un Devid Uelş razılaşmayıb, jurnalın bir neçə yaxşı seriyasını qeyd etmişdi və ilkin dərcin ən yaxşı üç seriyası olan Nana, Absolute Boyfriend və Crimson Hero-nu yüksək qiymətləndirmişdi.[27] Wizard-ın yaradıcılarından biri olan və iComics.com-un keçmiş rəyçisi Qreq Makelhatton, jurnalın əsas görünüşü tərifləyib, yeniyetmə qızları hədəf auditoriyasına cəlb edən və bunu onlara göstərən "ağıllı" qərar adlandırmışdı. O, jurnalın iki manqa premyerasının zəif açılışını və jurnalın "əla olmasa da, yaxşı startını" qeyd etmişdi.[28]
Jurnalın ləğvindən sonra, Publishers Weekly-dən Heydi Makdonald qeyd etmişdi ki, pərəstişkarlardan ümumi cavab — "hər kəs sevsə də, heç kim jurnala görə pul ödəmirdi". Onun sözlərinə görə, bir çox oxucular jurnalın ləğvinə kədərlənsə də, jurnala abunə deyildilər.[29] PopCultureShock-un keçmiş baş manqa redaktoru Katrin Deysi qeyd edirdi ki, jurnal "yeni hekayələrin, davamlı seriyaların, və məqalələrin düz qarışığı" idi və jurnalı "fanki, DIY atmosferası"-na görə tərifləmişdi.[30] School Library Journal-ın heyəti jurnalı "növünün yeganə" və jurnalın ləğvini qadın pərəstişkarları, ümumən də komik və manqa oxucuları üçün boşluq yaratmasını qeyd etmişdi.[31] Heyətin üzvü Bricid Alverson Shojo Beat-i, digər "beyinsiz məşhurların hekayələri ilə və ya xidmət məqalələrin kommersiya məhsulları ilə bağlı dolu" qız jurnallarından fərqli olaraq, jurnalın "oxucuya kompüter qurdu olmadan Yaponiya mədəniyyəti haqqında məqalələri həvəsli olmaq üçün imkan verdiyini" qeyd edirdi.[31] Digər iştirakçılar "jurnalının dəb məqalələrin Yaponiya mədəniyyəti haqqında maarifləndirməsinə və bir sıra əlverişli dəbli qızlara görə" tərifləmişdi. Heyətin iki üzvü, Viz Medianın jurnalın ləğv qərarını və jurnaldan Shonen Jump kimi ağlasığmaz tiraj gözlədiyini suala tutmuşdu.[31]