Sibir zümrüdçiçəyi

Sibir zümrüdçiçəyi (lat. Scilla siberica) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin zümrüdçiçəyi cinsinə aid bitki növü.

Sibir zümrüdçiçəyi
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Scilla siberica Haw.

Scilla L. - cinsinin latınca adı əvvəllər bu bitkinin aid edildiyi dəniz soğanı cinsinə mənsubdur. Məlum olan 80 növdən gülçülükdə təxminən 10 növündən istifadə edilir: aşağıdakı növlər xüsusilə məşhurdurlar:

İkiyarpaqlı zümrüdçiçəyi (S. bifolia) mavi gülləri olan alçaqboylu, çoxillik bitkidir. Ağ, çəhrayı və bənövşəyi çiçəkləri olan bağ formaları vardır.

Sibir zümrüdçiçəyi (S. sibirica) sallaq, mavi, bəzən ağ rəngdə çiçəkləri olan bitkidir. Bu növ 1796-cı ildən gülçülükdə istifadə olunur. Zümrüdçiçəyi çox rütubətli şəraitdə yaxşı bitir. Onu adətən gölməçələrin yaxınlığında əkirlər. Bitkini otaq şəraitində də yetişdirmək olar. Zümrüdçiçəyi pionların açılmamış yarpaqlarının yanında özəl görünür.

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Çoxillik bitkidir. Soğanağı yumurtavari və ya kürəvari-yumurtavari, 2 sm uzunluqda və 1,5- 2 sm enində, tünd qonur və ya tünd qəhvəyi qınlarla örtülmüşdür. Gövdəsi basılmış, hündürlüyü 30 sm, bir soğanaqdan 1-4 sayda gövdə çıxır. Yarpaqları 2-4 ədəd, yaşıl, enlixətvari, 10-20 mm enindədir, əsasa doğru daralan, üst tərəfdə qapaqlıdır. Çiçəkləri xırda ağ çiçəkaltlıqları ilə, aydın olmayan mavi və ya göy rəngli azçiçəkli salxımdadır. Çiçəksaplaqları çiçəklərə bərabər və ya ondan qısadır. Çiçəkyanlığın yarpaqcıqları 12- 13 mm uzunluqda, uzunsov-xətvari, kütdür. Erkəkciklər 2 dəfə çiçəkyanlığından qısadır, göy tozluqludur. Meyvə kürəvari qutucuqdur.

BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Meşələrdə, meşə kənarında və kolluqlarda bitir.