Siciliya əmirliyi


Siciliya Əmirliyi (it. Emirato di Sicilia ; ərəb. إمارة صقلية‎) — İtaliyanın Siciliya adasında mövcud olmuş müsəlman əmirliyi.

Tarixi dövlət
Siciliya əmirliyi
Emiratu di Sicilia
Εμιράτο της Σικελίας
إمارة صقلية
Imarat Siqilliyya
Bayraq
Bayraq
İtaliya ərazisi 1000-ci ildə
İtaliya ərazisi 1000-ci ildə
831 — 1072

Paytaxt Balarm (Palermo)
Dövlət dini İslam
İdarəetmə forması Monarxiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
İtaliya tarixi

535-ci ildə Siciliya Bizans imperiyasının nəzarəti altında olan bir ərazi idi. 652-ci ildə Xəlifə Osman ibn Əffan tərəfindən idarə edilən donanma Siciliyanı işğal etdi. Ancaq ərəblər adada sadəcə qısa bir müddət qala bildilər. 700-cü ildə Siciliyaya yaxın olan Pantelleriyanı zəbt edən ərəblər Bizans imperiyası ilə ticarət müqaviləsi imzaladılar. Efemusun Bizans İmperatoru ilə problemləri olması səbəbindən II Mixail adanın cənubunda yerləşən limanları bilərəkdən ərəblərə verdi. Göstərilən müqavimətə baxmayaraq ərazi 965-ci ildə əvvəlcə Əqlabilərin sonralar isə Fatimilərin nəzarəti altına keçdi.

Fatimi sultanı Həsən Əl Kəlbi əldə etdiyi uğurlarına görə Siciliya Əmiri elan edildi və bununlada ada da Kəlbilər sülaləsinin hakimiyyəti başlamış oldu. Kəliblər əsasən Fatimilər xilafətinin Avropa üzrə siyasətini həyata keçirdən kiçik xanədanlıq sülaləsi idi. Fatimilər 972-ci ildə Misiri işğal edib idarə məkrəzlərini Tunisdən bura köçürdü. Beləliklə Misirdən uzaqda yerləşən valiliklərdə hakimiyyət atadan-oğula keçməyə başladı. İfrikiyyənin idarə edilməsi Əlcəzairdə məslunlaşmış Zirrilərə verildi. Siciliyanın idarəsi ilk əvvəllər İfrikiyyədə yerləşən mərkəzdən həyata keçirilirdi. Sonralar isə bu idarə etmə İfrikiyyədəki mərkəzdən alındı və Kəlbi sülaləsinə həvalə olundu. Eyni zamanda adanın yarı-müstəqil olmasıda qərarlaşdırılmışdı.

Fatimi donanmasının Tunis sahillərindən ayrılıb Misirə yollanmasının ardından xilafətə daxil olan sülalə əmirliklərinin daxili və xarici müstəqillikləri bir az daha artmış oldu. İlk Kəlbi əmiri Həsən 950-ci ildə Cənubi İtaliya ərazisindən Bizans imperiyasına qarşı hücuma keçdi. Siciliya adasından İtaliyanın əsas ərazilərinə doğru hərəkət edən ərəb-müsəlman ordusu İtaliyada yerləşən Kalabriya şəhərində uğur əldə edərək Casano allo İonio ve Garace ərazisini talan etdilər.

Yenə ilk Kəlbi əmiri Həsən 952-ci ildə Kalabriyada yerləşən Bizans qoşunun üzərinə ikinci səfərini həyata keçirdi. Bu səfər zamanı Ərəblər Cənubi İtaliyada Bizanslıların ətraf ərazilərdən cəmləşdirə bildiyi ordunu məğlub edib Qeresiya şəhərini mühasirəyə aldılar. Vəziyyətin çıxılmaz olduğunu görən Bizans İmperatoru VII Konstantin sülh müqaviləsi imzalamağa razı oldu. Əldə olunan sülh razılaşmasına əsasən Siciliyanın şimalında yeləşən və İtaliya ərazisi olan Kalabriya şəhəri Siciliya əmirliyinə illik təzminat ödəməli idi. Siciliya Kəlbi əmiri Həsən öldükdən sonra yerinə oğlu Əhməd bin Həsən keçdi və onun hakimiyyəti 954–969 illəri arasında davam etdi. Əhməd bin Həsən atasından güclü bir dövlət təhvil almışdı. Rəsmən Fatimilər xilafətindən aslı olan Siciliya Əmirliyi əslində tam müstəqil qərar qəbul edirdi.

Fatimilərin inzibati-idarə mərkəzlərin daha uzağa köçürülmüşdü və buda adaya xilafət tərəfindən güclü nəzarət etmək imkanlarını məhdudlaşdırdı. Digər tərəfdən isə Bizans imperiyasına qarşı əldə edilən uğurlar və Kəlbilərin xeyirinə imzalanan sülh müqavilələri müsəlmanların mövqeyini Siciliyada xeyli möhkəmləndirmişdi. 956-cı ildə Bizans ordusu Rekko Kalabriyanı geri qaytaramaq üçün Kəlbi sülaləsinə qarşı yeni hərbi kompaniya başlatdı. Bizansın hücum edəcəyini gözləməyən Kəlbilər Rekko Kalabriyada olan gücünü itirdi və geri çəkilmək məcburiyyətində qaldı. Hətta Bizans donanması düşəminin zəifləməsindən istifadə edərək Siciliya adasına qoşun çıxartdı. Ancaq Bizanslılar daha əvvəl ərəblərlə döyüşdə itirdikləri Krit adasını geri almağı daha uyğun hesab etdilər və Siciliyada Kəlbilərlə sülh müqaviləsi imzaladılar. Bunun nəticəsində Bizans ordusu və donanması 960-cı ildə Krit adasının üzərinə hücuma keçib adanı uzun illərdən sonra yenidən öz nəzarəti altına aldı.

Siciliya əmirliyinin mövcud olduğu dövr ərzində ada ərazisində yaşayan xristian əhali ada da qalmışdı. Onlara dini ibadətlərini yerinə yetirmək üçün heç bir məhdudiyyət qoyulmurdu, sadəcə hər bir ərəb dövlətində olduğu kimi xristianlarda müsəlman torpaqlarında yaşadıqları üçün can vergisi anlamına gələn cizyə ödəməli idilər. 962-ci ildə ada da silsilə şəkildə yayılacaq bir üsyan hərəkatı başladı. Taormina şəhərində yaşayan xristian əhali müsəlman ağalığına qarşı üsyana qalxdı. Xəlifə Əhməd bin Həsən Palermo şəhərindən xristianların üzərinə qoşun göndərək üsyanı qanlı bir şəkildə yatırdı və üsyan rəhbərlərini edam etdirdi. Buna baxmayaraq ərazinin xristian əhalisi üsyanlarını Rametta şəhəri yaxınlığında yerləşən qalada davam etdirdilər.

Siciliyada vəziyyət bu şəkildə davam etdiyi halda Bizans imperiyasında hakimyyət dəyişikliyi baş vermişdi. Adanın taleyi böyük ölcüdə Bizansdan aslı idi. Belə ki, X əsrdə Avropanın şərq ərazilərində ərəbləri qitədən çıxarmaq gücündə olan tək qüvvə kimi Bizans çıxış edirdi və imperiya daxilində baş verən çəkişmələr düşmənlərə qarşı vahid şəkildə mübarizə aparmağı çətinləşdiridi. Bu dövrdə II Nifekoros Bizans taxtını ələ keçirdib özünü yeni hökümdar elan etdi. Ordu başçısı olduğu müddətdə bu şəxs ərəblərə qarşı apardığı uğurlu hərbi əməliyyatlarla və ən əsası Krit adasını ərəblərdən geri alması ilə tanınırdı. 963-cü ildə II Nifekoros Siciliya adasını geri almaq üçün bacısı oğlu Manueli 40.000 Bizans qoşunu ilə birlikdə adanın üzərinə göndərdi.

Ordu 964-cü ilin oktyabr ayında Messina şəhərini işğal etdi. 864-cü ilin 15 oktyabr tarixində Messina şəhəri yaxınlığında Bizans ordusu ilə Siciliya Əmirliyinin orduları arasında şiddətli döyüş yaşandı və həmin döyüşdə ərəblər zəfər qazandı. Bizans ordusu Messina müharibəsi zamanı 10 min nəfərlik canlı qüvvəsini itirdi və bunların arasında hökümdar II Nifekoros tərəfindən adaya göndərilən gənc Manueldə vardı.

Əhməd bin Həsənin 964-cü ildə ölümündən sonra Siciliya əmirliyinin başına Əbu əl-Qasım bin Həsən keçdi. Əl-Qasım 964–982-ci illər aralığında hakimiyyətdə qaldı. Onun hakimiyyəti zamanında 970-ci illərdə Kəlbilərin qoşunları yenidən ada da nəzarəti ələ almağa bacardı və hətta İtalyanın ərazisində yerləşən Rekko Kalabriya şəhərinə uzun fasilədən sonra ərəblər tərəfindən hücumlar təşkil edildi. Siciliya donanmasının başında Əl-Qasımın qardaşı dayanırdı və onun bacarığı nəticəsində Adriatik dənizi sahilində yerləşən Bizansa aid qalalar və Puqliya bölgəsinin bir hissəsi ələ keçirildi. Bu müharibələr zamanı Bizanslılar güclü müqavimət göstərə bilmədilər. Bunun başlıca səbəbi həmin dövrdə Bizans imperiyasının Balkanlarda Bulqarlarla və Suriya ərazilərində Fatimilərlə eyni anda mübarizə aparmaları idi.

Bu arada Müqəddəs Roma imperiyasının İmperatoru II Otto xanımının təsiri altında İtaliyanın fəth etməyə qərara verdi. Alman orduları qısa zamanda Şimali İtalyanı və Romanı zəbt etmək və ardından Cənubi İtaliyaya doğru irəliləmək üçün hərəkətə keçdilər. 980-ci ildə bu niyyətlə Piza Respublikasıdan donanma dəstəyi alındı və qoşun 961-ci ildə İtaliyanın üzərinə səfərə başladı. Cənubi İtaliyada II Otto ilk olaraq kiçik Lombard knyazlığı ilə münasibətlərini aydınlaşdırdı. 982-ci ilin yanvar ayında Alman imperiya orduları Bizans ərazisi olan və bir hissəsi Siciliya əmiri Əl-Qasım tərəfindən tutulmuş Puqliya bölgəsinə daxil olaraq ərazini istila etməyə başladı. Bu məsələ üzrə tarixçilərin fikirləri müxtəlifdir. Belə ki, bəzi tarxiçilər Bizsanlıların Siciliya əmirindən vahid düşmənə qarşı döyüşmək üçün dəstək istədiyini və Kəlbi ordularının Bizansa kömək kimi göndərildiyini yazsada digər bir mənəblərdə isə Əmir Əbu-əl-Qasımın Bizans nüfuzunun Cənubi İtaliyada zəif olduğunu gördüyü üçün özünün həmin əraziləri işğal etmək istədiyini yazmışdır.

Kəlbilərin xəlifələri

  • Həsən əl-Kəlbi (948-954)
  • Əhməd (954-969)
  • Əbu Qasım (969-982)
  • Cabir əl-Kəlbi (982-983)
  • Cəfər əl-Kəlbi (983-985)
  • Abdullah Kəlbi (985-990)
  • Yusif əl-Kəlbi (990-998)
  • Cəfər əl-Kəlbi (998-1019)
  • Əl-Əhlaq (1019-1037)
  • Abdullah (1037-1040)
  • Həsən əs-Samsan (1040-1053)
Ərəblərin Siciliyada məskunlaşması nəticəsində NormanlarınƏrəblərin qarşılıqlı təsiri ilə yeni bir mədəni cərəyan olan Norman-Ərəb mədəniyyəti yaranmışdır.

Cənubi İtaliya üzərində yürüşlərini davam etdirən Müqəddəs Roma imperiyasının İmperatoru II Otto Taranto şəhərinin üzərinə hücuma keçərək şəhərini işğal etdi. II Otto daha sonra qoşunun cənuba doğru irəliləməsinə göstəriş verdi və iyul ayın əvvəllərində Əmir Əbu-əl-Qasımın rəhbəriliyi etdiyi ordu ilə qarşılaşdı. Tərəflər arasında baş verən ilk müharibədə ərəblər məğlub oldu. Əmirliyin orduları geri çəkilməyə başladı. Ancaq Almanların sürətli təqibi ilə qarşılaşan Əl-Qasım qoşunlarını Kollona Burnu yaxınlığında yerləşən Kortonedə ərazisində möhkəmləndirib rəqibinin gəlməsini gözlədi. 982-ci ilin 13–14 iyun tarixlərində baş verən Stilo müharibəsi zamanı taktiki gediş və silah-sursat baxımdan daha hazırlıqlı vəziyyətdə olan Alman ordusu rəqibini mühasirəyə almağı bacardı və onu məğlub etdi. Siciliya Əmiri Əbu-əl-Qasım müharibə zamanı öldürüldü. Ancaq Siciliya ordusuna rəhbərliyi əlinə alan Əl-Qasımın oğlu Cəfər-əl-Kəlbi ordunun ruh yüksəkliyini bərpa edərək Alman ordusunu məğlub etməyi bacardı.

Ərəb tarixçisi İbn Əsirin məlumatına görə Almanlar 4.000 nəfərlik canlı qüvvəsini və iyirimdən çox nüfuzlu komandanlarını Cəfər-əl-Kəlbi ilə aparılan döyüşdə itirdilər. II Otto Cənubi İtaliyada mübarizə aparmağın mənasız olduğunu anlayıb Bizans gəmisi ilə 982-ci ilin 12 noyabr tarixində Roma şəhərinə qayıtdı. Daha geniş ərazilərə hücum etmək imkanı olan Əmir Cəfər əl-Kəlbi isə Siciliya adasına doğru geri çəkilərək öz ərazisində möhkəmlənməyi seçdi. Sonrakı on illiklərdə Cənubi İtaliya və Lombard ərazilərində ərəblər tərəfindən kiçik ölcülü talanlar və hücumlar həyata keçirilsədə onlar burada daimi möhkəmlənmək yolunu seçmədi və əsas diqqətlər Siciliya əmirliyini kənar qüvvələrinin təsirlərindən qorumağa yönləndirildi.

Sicilya əmirliyi Cəfər əl-Kəlbi və Yusif əl-Kəlbinin hakimiyyəti zamanlarında özünün mədəni baxımdan ən parlaq dövrünü yaşamışdır. Hər iki əmir ədəbiyyat və sənətkarlıq sahələrində fəaliyyət göstərən şəxsləri himayə etməklə tanınmışdılar.

Yusifin oğlu olan Cəfər əl-Kəlbi çox sərt və zalim bir hökümdar olaraq tanındı. Əmirin hakimiyyəti dönəmində Siciliya adasında yaşayan bərbər əsilli müsəlmanlar arasında üsyan çıxdı. Əmir Cəfərin bu üsyana reaksiyası çox sərt oldu və üsyan rəhbərləri indiki Palermo şəhərində edam edildikdən sonra yerdə qalan bərbər əsilli ərəblər adadan çıxardılıb İfrikiyyə ərazisinə sürgün edildilər. 1019-cu ildə bu dəfə ərəblər tərəfindən Balarm adlandırılan Palermo şəhərində üsyan baş verdi. Üsyançılar Cəfər əl-Kəlbinin zülümnə qarşı təşkilatlanmışdılar və bir necə gün davam edən üsyan nəticəsində Cəfər əl-Kəlbi taxdan salınaraq İfrikiyyə ərazisinə qaçmağa məcbur edildi.

Cəfər əl-Kəlbinin yerinə qardaşı Əl-Əhqal gətirildi. Əl-Əhqalın taxta çıxdığı dövr dövlətin ağır günlərini yaşadığı dövrə təsadüf edirdi. Bizanslılar 1026 və 1031-ci illərdə Siciliya adası üzərinə iki səfər həyata keçirdilər. Əl-Əhqal düşmən hücumunun qarşısını almaq üçün Fatimilər xilafətindən hərbi kömək istədi və xilafət Bizans hücumuna qarşı qorunmaq üçün xilafətə kömək göndərdi. Ümumi nəticədə Bizans orduları istəklərinə nail olmayıb geri çəkilsələrdə qələbə Siciliya əmirliyinin xəzinəsinin boşalması ilə nəticələndi. Belə ki, xilafətin mərkəzindən əlavə qoşunun gətirilməsi və onların təminatı Siciliya əmirliyinə baha başa gəlmişdi. Əl-Əhlaq xəzinənin gücünü bərpa etmək üçün ölkə daxilində fəaliyyət göstərən yerli və xarici tacirlərə yüksək vergi miqdarı təyin etmək məcburiyyətində qaldı. Tətbiq edilən yüksək vergilərə qarşı xalq üsyana başladı və ölkə vətəndaş müharibəsinə bənzər silahlı qarşıdurmalar meydanına çevrildi. Vətəndaş müharibəsində Əl-Əhlaqa qarşı döyüşən birliklərə qardaşı Əbu-Hafis rəhbərlik edirdi və burada əsas məqsədlərdən biri yüksək vergilərə etiraz etməklə yanaşı eyni zamanda taxtı ələ keçirmək iddiası idi. Hakimiyyət üstündə aparılan mübarizədə Əl-Əhlaq Bizansdan, qardaşı Əbu-Hafis isə İfrikiyyədə hakimiyyətdə olan Zirri əmirliyindən kömək istəmişdi.

Əmirliyinin zəfilməsi nəticəsində adanın hakimi olan Kəlbilər 1036–1052-ci illərdə Zirrilərdən vassal aslılığında yaşadılar. Bu aslılığın yaranmasının əsas səbəbi bir əsrə yaxın müddət boyunca Kəlbilərin Zirrilərdən müntəzəm olaraq hərbi və ərzaq yardımı istəməsi idi.

Dəniz respublikaları XI əsrdə adaya normanlardan ibarət muzdlu döyüşçülər göndərməyə başladı. Robert Quiskardın oğlu Tankredin rəhbərlik etdiyi birliklər 1060-cı ildə adanın böyük bir hissəsinin işğal etməyi bacardı. Bu hadisədən sonra ada üç ərəb əmirinin arasında bölüşdürüldü. 1068-ci ildə normanlar 700 dən cəngavərin iştirak etdiyi bir döyüşdə ərəbləri məğlub etdilər, ancaq Ərəblər üçün ən böyük yenilgi Palermo şəhərinin 1091-ci ildə baş vermiş mühasəsi zamanı yaşandı. Həmin döyüşdə müsəlman birliklərinin məğlub olması ərəblərin ada da olacaq gələcək talehlərinə birdəfəlik aydınlıq gətirmiş oldu. 1072-ci ildə 241 illik mövcudiyyətlikdən sonra Siciliya əmirliyi süqut etdi. Ancaq buna baxmayaraq ərəb tacilər XII əsrin sonlarına qədər ada da öz mövucdluqlarını davam etdirdilər. Normanlar və Avropadan gəlmiş başqa xalqlarla ərəblər arasında hər zaman xoş münasibətin olduğu tarixi mənbələrədə qeyd edilmişdir.

  1. Fikret Işıltan, "Sicilya", İA, X, 589–595;
  2. A. A. Vasiliev, Byzance et les Arabes I: La Dynastie d’Amorium (820–867), Bruxelles 1935, s. 62–88;