Sidli (ing. Mount Sidley) — Antarktidanın Meri Berd Torpağı ərazisində yerləşən, qitənin hündürlüyünə görə 5-ci (və ya 6-cı) dağı.
Sindli dağı | |
---|---|
ing. Mount Sidley | |
Ümumi məlumatlar | |
Dağ silsiləsi | İcraedici Komitə dağları |
Növü | vulkan |
Mütləq hündürlüyü | 4285[1] |
Yerləşməsi | |
77°02′ c. e. 126°06′ q. u.HGYO | |
Ölkə | Antarktida |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Müxtəlif məlumatlara görə dağın hündürlüyü 4181 m[2] və ya 4285[3] metr təşkil edir. Sidli yeddi ən hündür vulkan zirvəsi arasında adı çəkilir. Zirvə Eqzekyutiv-Kommitti silsiləsində yerləşir. Kalderasının diametri 5 kilometrdir. Vulkanın cavan olması[4]. 25 km aralıda eyni xüsusiyyətə malik olan vulkan mövcuddur. Bu vulkanın hündürlüyü isə 3292 metr[5] təşkil edir. Antarktidanın ən hündür vulkanı olmasına baxmayaraq Sidli insanlar arasında az tanınlr. Səbəb isə onun olduqca sərt iqlimdə yerləşməsidir. Sidli dağı 18 noyabr 1934-cü ildə kontr-admiral Riçard Berd tərəfindən aşkarlanmışdır. O, dağı ekspedisiyanı maliyyələşdirən Bilyam Horlikin qızı Mebell E. Sidlinin şərəfinə adlandırmışdır[6]. Dağın zirvəsinə ilk dəfə 11 yanvar 1990-cı ildə Yeni Zelandiya vətəndaşı Bill Aktinson çıxmışdır. 2011-ci ildə amerikan-rus-rumın-italyan ekspedisiyası dağda olmuşdur[7].