Sidney Erl Çaplin

Sidney Erl Çaplin (31 mart 1926 – 3 mart 2009) — Çarli Çaplinin və onun ikinci həyat yoldaşı Lita Qreyin ikinci oğlu.

SİDNEY ERL ÇAPLİN
ing. Sydney Earl Chaplin
Doğum adı Sydney Earle Chaplin
Doğum tarixi
Doğum yeri Los-Anceles, Kaliforniya
Vəfat tarixi (82 yaşında)
Vəfat yeri Ranço Miraj, Kaliforniya
Vəfat səbəbi insult
Atası Çarli Çaplin
Anası Lita Qrey
Fəaliyyəti teatr aktyoru, kino aktyoru, aktyor
Fəaliyyət illəri 1952-ci ildən
IMDb ID0152261

Sidney Çaplin atasının yolu ilə gedərək aktyor olub. O, atasının çəkdiyi 2 filmdə də iştirak edib. Amma o Hollivudda deyil, Nyu-Yorkdakı musiqi teatrında məşhurlaşıb. Sidney Çaplin Brodveydə oynanılan "Zənglər çalınır" adlı müzikldəki roluna görə "Toni" (teatr "Oskar"ı) mükafatı alıb. Onun ən əsas rolu isə Barbara Streyzandla bir yerdə oynadığı "Gülməli qız"da olub. Sidney Çaplin bu müziklə görə də "Toni" alıb.

O, 2003-cü ildə atası Çarli Çaplin barədə çəkilən sənədli filmdə özünü oynayıb.

Sidney Çaplin 3 dəfə evlənib. Sonuncu həyat yoldaşı Marqaret Biiblə Stefan adlı oğlu var.[1]

  • Limelight (1952)
  • Land of the Pharaohs (1955)
  • Confession (1955)
  • Abdullah the Great (1955)
  • Pillars of the Sky (1956)
  • Fours Girls in Town (1957)
  • Quantez (1957)
  • A Countess from Hong Kong (1966)
  • Double Face (1969)
  1. "Arxivlənmiş surət". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-03-06.