Sigur Ros — İslandiya post-rok qrupudur. Qrupun əsas xüsusiyyəti post-rock janrının ən öncül qruplarından olmasıdır. Qrupun adı vokalist Jon Birgissonun bacısı, qrupun qurulduğu gün anadan olan Sigurros'dan götürülüb. Maraqlıdır ki, qrup üzvlərindən sadəcə Kjartan Sveinsson musiqi təhsili alıb.
Sigur Rós | |
---|---|
Əsas məlumatlar | |
Üslub |
post-rok dauntempo embient proqressiv rok drim-pop şuqeyzinq |
Fəaliyyət illəri | 1994—h.h. |
Ölkə | İslandiya |
Şəhər | Reykyavik |
Leybl |
Fat Cat Records Geffen EMI XL Recordings Smekkleysa |
Heyət |
Jon Birgisson Youn Tour Birqisson Georq Houlm Orri Paudl Dirason |
Keçmiş üzvlər | Ágúst Ævar Gunnarsson |
www.sigur-ros.co.uk | |
Vikianbarda əlaqəli mediafayllar |
Qrup ilk albomu olan "Von"u (tərcüməsi: Ümid) 1997-ci ildə yayımladı. Sonrakı il isə onun remiks albomu olan "Von brigði" gəldi.
1999-cu ildə ilk beynəlxalq çıxışı edən qrup iki il ərzində bu albom sayəsində çox məşhur oldu. Albomun adının mənası "Yaxşı Başlanğıc" deməkdir. "Ágætis byrjun" albomundan bir çox film qrupun musiqilərindən istifadə etməyə başladı.
2001-ci ildə qrup İslandiyalı balıqçı Steindór Andersen ilə Rímur EP'ini yayımladı. EP əsasən musiqili şeir janrında idi.
Qrupda zərb alətlərində ifa edən Ágúst Ævar Gunnarsson qrupu tərk etdikdən sonra 2004-cü ildə yayımlanan bu () adlı albom da bir çox filmlər üçün saundtrek qaynağı oldu. Qrupun ilk albomu 2004-cü ildə həm də Avropa və Amerikada satılmağa başladı.
Qrup hər il məşhurluğunu artıraraq hər dəfə fərqli albomları yayımlamağa davam etdi. Ən son albom olan Valtari 23 may 2012-ci ildə işıq üzü görüb.
Adı | Tarix | Tərcüməsi | Şəkli |
---|---|---|---|
Von | 1997 | Ümid | |
Ágætis byrjun | 1999 | Yaxşı başlanğıc | |
() | 2002 | () | |
Takk... | 2005 | Təşəkkürlər | |
Með suð í eyrum við spilum endalaust | 2008 | Qulaqlarızdakı uğultu ilə sonsuzadək ifa edirik | |
Valtari | 2012 | Asfaltçəkən maşın | |
Kveikur | 2013 | ||
Átta | 2023 |