Tsikloheksan — tsikloalkanlar sinfindən üzvi birləşmədir.. Kimyəvi formulu — C6H12.
Sikloheksan | |
---|---|
Ümumi | |
Kimyəvi formulu | C₆H₁₂[1] |
Molyar kütlə | 84,16 q/mol |
Fiziki xassələri | |
Sıxlıq | 0,779 q/sm³ |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | +6,5 °S |
Qaynama nöqtəsi | +80,74 °S |
Buxarın təzyiqi | 78 ± 1 mm Hg[2] |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 110-82-7 |
PubChem | 8078 |
SMILES | C1CCCCC1 |
RTECS | GU6300000 |
ChEBI | 29005 |
ChemSpider | 7787 |
Benzoldan alınması:
Tsikloheksan və onun homoloqlarından bir çoxu müxtəlif neftlərin tərkibində, xüsusən Bakı neftlərində rast gəlinir. Son zamanlar tsikloheksanı neftin benzin fraksiyasından ayırmağı öyrənmişlər.Bakı neftlərindən alınan benzinlərdə 8%-ə qədər tsikloheksan olur. Onu ayırmaq üçün benzini dəqiq distillə kalonlarında distillə edib, 80-81oC qaynayan hissəsini toplayırlar.Əlbəttə, 80-81oC-də qaynayan benzin fraksiyasından ayrılaqn bu hissə xalis tsikloheksan deyildir. Ondan ancaq texniki məqsədlər üçün istifadə etmək olar. Tsikloheksanı azot turşusu və ya permanqanat, yaxud başqa oksidləşdiricilərlə oksidləşdirdikdə ondan adipin turşusu alınır.
Tsikloheksanı azot turşusu və ya permanqanat, yaxud başqa oksidləşdiricilərlə oksidləşdirdikdə ondan adipin turşusu alınır. Tsikloheksanı 300oS temperaturda platin katalizatoru üzərindən buraxmaqla onu dehidrogenləşdirərək tamamilə benzola çevirmək olur (H.D.Zelinski).
O.Xassel (1941-ci ildə) infraqırmızı spektr, kombinasion səpələnmə spektri və elektron difraksiyası vasitəsilə, otaq temperaturunda tsikloheksan molekullarının yalnız kreslo formasında olduğunu sübut etmişdir. Vanna forması az sabit olub, ancaq xüsusi şəraitdə az miqdarda əmələ gəlir və onda təxminən 5 kkal/mol enerji olur.
Tsikloheksen 83oC-də qaynayan mayedir, xüsusi çəkisi 0,811-dir. Tsikloheksen almaq üçün ən sadə üsul tsikloheksanoldan su qoparmaq və ya bromtsikloheksandan HBr ayırmaq üsuludur. Kimyəvi xassələrinə görə tsikloheksen doymamış karbohidrogenlərə bənzəyir.
Tsikloheksadienvə ya dihidrobenzolun iki izomeri: tsikloheksadien-1,3 və tsikloheksadien -1,4 məlumdur. Tsikloheksen, tsikloheksadien və onların homoloqlarına hidroaromatik karbohidrogenlər, törəmələrinə isə hidroaromatik birləşmələr də deyilir.
Tsikloheksanol - fenolu nikel katalizatorunun iştirakı ilə hidrogenləşdirdikdə tsikloheksanol alınır. Tsikloheksanol 25,4oS-də əriyən və 161oS-də qaynayan bərk maddədir.
Tsikloheksanon, tsiklik keton olub, ketonlara xas olan reaksiyaları verir, 156oS-də qaynayan mayedir.
Sikloheksan toksikidir. Insanlar onun havada yüksək miqdarını qoxu ilə aşkar edə bilməzlər . Havada buraxılabilən qatılığı 80 mq/m3-dir . Qoxunun hiss etmə həddi isə 900 mq/m3 –dir. Ondan qorunmaq üçün adi filtirli maskalardan istifadə etmək olmaz. Sikloheksandan qorunmaq üçün əhəmiyyətli dərəcədə daha təsirli texnologiya dəyişikliklərindən və kollektiv qoruma vasitələrindən istifadə edilməlidir.