Siklopropan

Siklopropan (trimetilen) — kimyəvi formulu C3H6, tsikloalkanlar sırasına aiddir.

Siklopropan
Molekulyar modelin şəkli
Ümumi
Kimyəvi formulu C₃H₆[1]
Molyar kütlə 42,0797 ± 0,0028 q/mol
Fiziki xassələri
Sıxlıq 1,879 q/sm³
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi -127,62 °S
Qaynama nöqtəsi -32,86 °S
Təsnifatı
CAS-da qeyd. nöm. 75-19-4
PubChem
SMILES C1CC1
ChEBI 30365
ChemSpider

Fiziki xassələri

[redaktə | mənbəni redaktə et]

Rəngsiz −32,9oS-də qaynayan qazdır. Özünəməxsus petroleyin efiri iyli qazdır. Permanqanatla adi temperaturda oksidləşmir, bununla da siklopropan propilendən fərqlənir.

Siklopropan, narkotik təsiri olduğu üçün cərrahiyyə əməliyyatında işlədilir. Siklopropan, qüvvətli anesteziyaedici qaz olub, hətta çox az miqdarı belə öz təsirini göstərir. Başqa narkotik maddələrdən fərqli olaraq onun təsirindən insan huşunu itirmir.

Siklopropan və onun törəmələri təbiətdə tapılmamışdır. Siklopropen — 36oS-də mayeləşən iyli qazdır, asan polimerləşir, bromla birləşdikdə yanır. Siklopropen, tərkibində ikiqat rabitə olan polimetilen karbohidrogenlərdəndir. Bu cür birləşmələrə tsikloolefinlər deyilir.

  • M. Mövsümzadə "Üzvi kimya", Maarif-1966.
  • Плехоткина С. И., ГоловчинскийВ. Б. Бюлл экспер. биол. и мед., 1971, т. 72, № 8, с. 68–62.
  • Жданов Г. П. и д р. Фармакол. и токсикол., 1969, т. 32. № 1. с- 88–92.
  1. CYCLOPROPANE (ing.).