Silahdar Mustafa Paşa (ö. 1798) — I Əbdülhəmid və III Səlim səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi.[1]
Silahdar Mustafa Paşa | |
---|---|
قنطار مصطفى باشا | |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Vəfat yeri | Bosniya vilayəti, Osmanlı imperiyası |
Həyat yoldaşı | Beyhan Sultan |
Uşağı | Əyyub Əhməd bəy |
Doğum tarixi və əsli bilinmir. Əndərunda tərbiyə edildikdən sonra saraya alındı və silahdarlığa qədər yüksəldi. 1780-ci ilin oktyabrında vəzirlik rütbəsi alaraq öncə Salonikiyə, ardından Hələbə təyin olundu. 1784-cü ildə Karesi sancaqbəyi və ardından divan üzvü oldu. Həmin ilin mayında Sultan Mustafanın qızlarından Beyhan Sultanla nigahlandı.[2] Bu nigahdan övladı olmamışdır.
Sultan Əbdülhəmidin vəfatının ardından xanımı Beyhan Sultanın qardaşı Sultan Səlimin taxta çıxması ilə divanda üstünlük əldə etdi. Belə ki, yeni sultan hər cümə salamlığının ardından bacısı Beyhan Sultanı və Mustafa Paşanı ziyarət edirdi.
1789-cu ilin sentyabrında sədarət naibi təyin edilən Mustafa Paşa 1791-ci ildə ordunun paytaxta gəlişinədək bu vəzifədə qaldı. Ardından öncə Moreya, daha sonra 1794-cü ildə Əyriboz, 1795-ci ildə Saloniki, 1796-cı ildə Bosniya sancaqbəyliyinə gətirildi. Bu vəzifəsində ikən 1798-ci ildə vəfat etdi və burada dəfn olundu. İlk evliliyindən Əyyub Əhməd bəy (ö. 1813) adlı oğlu olduğu bilinir.