Silent Hill 4: The Room — 2004-cü ildə "Team Silent" tərəfindən hazırlanmış və "Konami" tərəfindən satışa çıxarılmış survival horror janrında olan videooyun.
Silent Hill 4: The Room | |
---|---|
Yayımlayanlar | Konami |
Seriya | Silent Hill |
Buraxılış tarixləri | 17 iyun 2004, 7 sentyabr 2004[2][3][…] |
Janr | psixoloji qorxu[d], survival horror |
Prodüser | |
Texniki məlumat | |
Platforma | Xbox, PlayStation 2[1], Microsoft Windows[1], PlayStation 3 |
Oyun rejimi | birnəfərli oyun |
İnterfeysin dili | ingilis dili, yapon dili |
Daşıyıcı | optik disk, DVD |
İdarəetmə | kompüter klaviaturası, kompüter siçanı |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Bu oyun digər Silent Hill oyunlarından fərqlənir. Ən əsas fərqlərdən biri hadisələrin Silent Hill şəhərində yox, Eşfild şəhərində cərəyan etməsidir. Oyunun baş qəhrəmanı Henri Touşland adlı gəncdir. O, Eşfild şəhərinin cənubunda yerləşən sakit məhəlləyə köçür. Burada 302 nömrəli evdə yaşamağa başlayır. İlk günlər hər şey qaydasında getsə də, bir anda vəziyyət dəyişir. Bir gün Henri yuxudan ayılanda evdə baş verən qəribəliklərdən şübhələnir. Evin bayır qapısı açılmır, onun üzərində qanla yazılmış çölə çıxma! yazısını gördükdən sonra durumun ciddi olduğunu anlayır. Evdəki bütün çıxışlar hamam otağında olan dəlikdən başqa oyunun ilk bölməsində bağlıdır. Henri hamam otağına daxil olanda divarda diametri 50 sm olan dəliyin açıldığını görür. Dəliyə daxil olmaqdan başqa çarəsi olmayan Henri hamam otağında tapdığı dəmir borunu götürərək, dəliyə daxil olur. Bununla da Silent Hill 4-ün əsas süjet xətti başlayır. Oyun ərzində Henri tez-tez 302 nömrəli evə qayıdır. Bunun əsas səbəbi oyunu yaddaşa həkk etmək üçün yeganə yerin evdə olan telefon kitabçası olmasıdır.
Henri Touşland baş qəhrəmandır. Eşfild şeherinde, 302 nömrəli evdə yaşayir. Bir müddətdən sonra evin qapisi möhkəm kilidlənir ve Henri cıxış yolu axtarmağa başlayır.