Silybum mariae

Adi alaqanqal (lat. Silybum marianum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin alaqanqal cinsinə aid bitki növü.

Adi alaqanqal
Elmi təsnifat
Beynəlxalq elmi adı

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 1.5 m qədər olan ikiillik ot bitkisidir. Gövdəsi düz, budaqlı, çılpaqdır. Yarpaqları çılpaq, iri, enli lansetvari, damarları boyunca ağ ləkəlidir, diş-dişli və kənarları tikanlıdır. Səbətləri budaqların ucunda, çiçəkləri al qırmızı-bənövşəyi rəngdədir. Aprel-may aylarında çiçəkləyir, may-iyun aylarında meyvə verir. İkiillik ot bitkisi (mədəni şəkildə birillik) olub,düzqalxan gövdəsi60-150 sm hündürlüyündə olmaqla, nişasta tərkiblidir. Yarpaqları növbəli, iri, uzunsov-ellipsşəkilli, lələkvari və ya lələkvari-bölünmüş, dəricikli, tünd-yaşıl, parıltılı, ağ ləkələrlə örtülü parlaq, zolaqlı və ləkəli, damarları, kənar lövhəcikləri və aşağı tərəfi tikanlı, saplaqlı, yuxarı tərəfi isə oturaqdır. Hamaşçiçəklərinin zirvəsi şarşəkilli olub, səbət çiçək qrupuna toplanmışdır. Yarpaqları yaşıl, xarici və orta hissəsi bizşəkilli tikanlardan ibarətdir. Bütün çiçəkləri boruşəkilli, purpur, bənövşəyi-moruğu, çəhrayı və ya ağ rənglidir. Meyvəsi mərməri-xallı, tünd-qəhvəyi və ya qara uzunsov açıq lətli, çılpaq ellipsvari toxumlarının uzunluğu 7 mm-ə qədər olmaqla, kəkilləri toxumlarından 2-3 dəfə uzun olur. Çiçəkləri iyuldan başlayaraq payıza qədər, meyvələrinin yetişməsi isə avqust-sentyabrda olur. Toxumlarla çoxalır.

Quru yerlərdə, yol kənarlarında, nəzarətsiz buraxılmış yerlərdə, məndəcər və zibilliklərdə, bostan, dekorativ və dərman bitkiləri, alaq və yaşayış məntəqələrinin yaxınlığında olan mədəni bitkilərinin arasında rast gəlinir. Xammalın toplanılması xüsusi təsərrüfat qaydalarına əməl edilməklə aparılmalıdır.

Avqustun sonu və sentyabrda, yan səbətləri qurumağa qurumağa başladıqda, eyni zamanda toxumlarının kəkilləri azca quruduqda meyvələri toplanılmalıdır. Meyvələri tam quruyana qədər quruducu şkafda qurudulmalıdır.

İysiz və azacıq acı dadlıdır. Havası dəyişilən və quru anbarlarda saxlanılmalıdır. Saxlama müddəti 3 ildir.

Mənşəyi və yayılması

[redaktə | mənbəni redaktə et]

Adi alaqanqal kserofil coğrafi tipinin aralıq dənizi sinfinin aralıq dənizi qrupuna aiddir. Cənubi Avropa, Şimali Afrika, Balkan və Kiçik Asiya ölkələri, İran, Əfqanıstan, Ukrayna, Orta Asiya və Qafqazda yayılmışdır. Azərbaycanda adi alaqanqal Samur-Dəvəçi, Kür-Araz və Lənkəran ovalıqları, Kür düzənliyi, Qobustan, Abşeron, Kiçik Qafqazın cənub, Böyük Qafqazın bütün rayonlarında yayılmışdır. Arandan orta dağ qurşağına kimi (dəniz səviyyəsindən 1800 m qədər) bitir.

Ekoloji qrup və bitdiyi yerlər

[redaktə | mənbəni redaktə et]

Kserofitdir, dağ-bozqır, quru-bozqır və alaq bitkilik tiplərində rast gəlir. Əsasən əkinlərdə və dincə qoyulmuş torpaqlarda, yol kənarlarında, quru yamaclarda, alaq yerlərində bitir. Çox vaxt böyük ləkələr, zolaqlar və cəngəlliklər əmələ gətirir.

Kimyəvi tərkibi

[redaktə | mənbəni redaktə et]

Piyli və efir yağları, alkaloid, saponin, flavonoid, K vitamini, qatran, kauçuk, antosian və karotinoidlərlə zəngindir.

Meyvələrinin tərkibində flavoliqnan maddələri (2,8-3,8%): silibin, silidianin, silixristin, 32%-ə qədər piyli yağlar, qatran, selik və biogen aminlər (tiramin, histamin) vardır.

Təsiri və tətbiqi

[redaktə | mənbəni redaktə et]

Adi alaqanqal farmakopeyaya daxil olan ofisinal dərman bitkisidir. Elmi, praktiki, eksperimental, Tibet və xalq təbabətində, homeopatiyada, eləcə də kliniki sınaqlarda və farmakologiyada geniş tətbiq edilir. Əsasən qaraciyər, öd kisəsi daşı, plevrit, bağırsaq xəstəlikləri, həmçinin yanıqlar, babasil və sarılıq zamanı istifadə olunur. Antioksidant, ödqovucu, qansaxlayıcı, hipotenziv, işlədici və yarasağaldıcı təsirə malikdir.

Flavoliqnan maddələri hepatoprotektor təsir göstərirlər: qaraciyərin metobolik proseslərini nizama salır, arzu edilməyən halları aradan qaldırır, qaraciyərin fermentativ proseslərini aktivləşdirir, eyni zamanda hüceyrələrin regenerasiyasına kömək edir, toksikiliyi aradan götürür.

Tərkibində flavoliqnan maddələr qaraciyərin toksiki zədələnmələrində, kəskin və xroniki hepatitdə, qaraciyər sirrozunda, lipid mübadiləsi pozğunluğunda və qaraciyər distrofiyasında istifadə edilir.

Dərman preparatları: Leqallon, draje, kapsul, suspenziya (flavoliqnanalar). Hepatoprotektordur.

Sileqon, draje. Silibor, həb 0,04 (flavoliqnanalar). Hepatoprotektordur. Silimar, həb  0,1 (flavoliqnanlar). Hepatoprotektor dərmandır.

Silimarin, həb (flavoliqnanlar). Hepatoprotektor dərmandır.

Karsil, draje, kapsul, sirop (flavoliqnanlar). Hepatoprotektor dərmandır.

İstifadə olunan hissələri

[redaktə | mənbəni redaktə et]

Müalıcə məqsədi ilə bitkinin kökü, meyvəsi və toxumları istifadə edilir.

İstifadə formaları

[redaktə | mənbəni redaktə et]

Cövhər, dəmləmə, spirtli tinktura və ekstraktlar.

Digər faydalı xüsusiyyətləri və istifadəsi

[redaktə | mənbəni redaktə et]

Yeməlidir, cavan yarpaqları və zoğlarının özünəməxsus dadı vardır. Dekorariv və yem bitkisidir.

  • Carduus lactifolius Stokes
  • Carduus mariae Crantz
  • Carduus marianus L.
  • Carduus versicolor Salisb.
  • Carthamus maculatus (Scop.) Lam.
  • Centaurea dalmatica Fraas
  • Cirsium maculatum Scop.
  • Mariana lactea Hill
  • Mariana mariana (L.) Hill [Illegitimate]
  • Silybum maculatum (Scop.) Moench
  • Silybum mariae (Crantz) Gray
    • Silybum marianum var. albiflorum Eig
    • Silybum marianum var. marianum
  • Silybum pygmaeum Cass.[1]
  1. Adi alaqanqal:''The Plant List saytında takson barədə məlumat. (ing.)