Simcur Dəvati

Simcur Dəvati — X əsrdə Samanilərə xidmət etmiş türk sərkərdəsi. O, Samanilər dövlətində mühüm rol oynamış Simcurilər ailəsinin banisidir.

Simcur türk mənşəli qulam idi. Karyerasının ilk illərində Heratda vergi yığan vəzifəsində çalışmışdır. 911-ci ildə Samani hökmdarı Əhməd Samani Səfəri hakimiyyəti altında olan Sistana hücum əmri vermişdir. Simcur digər Samani sərkərdələri ilə birlikdə Sistanın bəzi hissələrini tez bir zamanda özünə tabe etmiş və sonra onun paytaxtı Zərənci Səfəri hökmdarı Müəddaldan almışdır. Sistanın fəthi zamanı türkəsilli Səbükəri adlı bir xəlifə üsyankarı tutularaq Bağdada Abbasi xəlifəyə göndərilmiş, Əhməd Səmaninin əmisi oğlu Əbu Saleh Mənsur isə Sistan valisi təyin olmuşdur.

Bununla belə, Sistandakı münaqişələr bununla bitməmişdir. Mənsurun vergi siyasəti bir il sonra 912-ci ildə Sistanda Səfəri Əmr ibn Yaqubun tərəfdarı olan xarici Məhəmməd ibn Hürmüzün başçılığı ilə üsyana səbəb olmuşdur. Mənsur 913-cü ildə Hüseyn ibn Əli Mərvərruzinin başçılığı altında Samani ordusu tərəfindən üsyan yatırılana qədər əsir götürülmüşdür. Əmr Səmərqəndə göndərilmiş, digər üsyan başçıları isə öldürülmüşdür.[1]

  1. "ABŪ ṢĀLEḤ MANṢŪR, C. E. Bosworth, Encyclopaedia Iranica". 2022-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-01.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Bosworth, Clifford Edmund. The New Islamic Dynasties: A Chronological and Genealogical Manual. Great Britain: Columbia University Press, 1996. ISBN 0-231-10714-5
  • Frye, R.N. The Sāmānids // Frye, R.N. (redaktor). The Cambridge History of Iran, Volume 4: From the Arab Invasion to the Saljuqs. Cambridge: Cambridge University Press. 1975. 136–161. ISBN 0-521-20093-8.
  • Treadwell, Luke. "Simjurids." Encyclopaedia Iranica. Ed. Ehsan Yarshater. Columbia University. Retrieved 8 May 2012.