Sin Şixuandinin mavzoleyi

Sin Şixuandinin mavzoleyi (Sin Şixuandi; ingiliscə: Qin Chi Huang) (çincə: 秦始皇陵; pinyin: Qínshǐhuáng Líng ) Çinin Şensi əyalətinin Sian şəhərinin Lintonq rayonunda yerləşən mavzoleydir. Məqbərənin eramızdan əvvəl 246-208-ci illər arasında tikildiyi və kəsilmiş piramida formasında 76 metr hündürlüyündəki bir məzarın kurqanının altında yerləşdiyi bildirilir.[2] Məqbərənin planı daxili və xarici şəhərlərə bölünən o dövrdə Çinin paytaxtı olmuş olan Xianyang şəhəri əsas götürülərək modelləşdirilmişdir. Daxili şəhərin perimetri 2.5 km (1,55 mil), xarici şəhərin perimetri isə 6,3 km (3 mil) təşkil edir. Məqbərə şəhərin cənub-qərb hissəsində yerləşir və üzü şərq tərəfə baxır. Sarkofaq və dəfn artefaktlarının yerləşdiyi əsas dəfn kamerası məqbərənin yerləşdiyi ərazinin nüvəsində yerləşir.

Sin Şixuandinin mavzoleyi
Ölkə
Tip Mədəni 
Kriteriya (i)[d][1], (iii)[d][1], (iv)[d][1], (vi)[d][1]
Keçid 441
Daxil edilməsi   (qeyri-məlum sessiya)
Sin Şixuandinin mavzoleyi xəritədə
Sin Şixuandinin mavzoleyi
Sin Şixuandinin mavzoleyi

Məzarın özü hələ ki, qazılmamışdır. Arxeoloji tədqiqatlar hal-hazırda məqbərəni əhatə edən sıx nekropolun müxtəlif hissələrində cəmləşmişdir; bunlara kurqandan şərq tərəfdə yerləşən Terrakota Ordusu da daxildir.[3] Terakota ordusu ziyarətgahda qarnizon kimi xidmət edirdi və ərazidə qazıntılar hələ də tamamlanmamışdır.[4][5]

  1. 1 2 3 4 5 6 7 8 http://whc.unesco.org/en/list/441.
  2. Portal, Jane. "The first emperor of China: new discoveries & research: later this month the British Museum unveils an unprecedented loan exhibition of the terracotta warriors and other discoveries made at the 3rd-century BC tomb complex of Qin Shihuangdi, China's first emperor. Jane Portal, the exhibition's curator, explains the importance of the new finds." Apollo Eylül 2007: 54+. Academic OneFile. Web. 11 iyul 2016
  3. "New York City welcomes the Terracotta Warriors". China Daily. 30 aprel 2012. 20 iyun 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2012.
  4. "Terra Cotta Warriors: Guardians of China's First Emperor". 25 may 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyun 2017.
  5. ""Teenage warriors" discovered in China's terracotta army". Xinhua News Agency. 13 Ekim 2009. 7 oktyabr 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2012.