Sinderella (film, 1899)

Sinderella (fransızca: «Cendrillon») — qısametrajlı ilk filmlərdən biridir. Səssiz filmdir. Rejissoru Jorj Melyesdir. İstehsal edildiyi 1899-cu ildə göstərilən film kino tarixinin ilk melodram filmləri sırasında göstərilməkdədir.[1] Filmin mövzusu Sinderella nağılını ehtiva edir. Sinderella adlı qıza ögey anası və ögey bacıları pis davranır. Bu müddətdə ona bir yaxşılıq ana pərisi kömək edəcək və bir şahzadəylə birlikdə olacaqdır.

Sinderella
Cinderella
Janr fentezi filmi[d], dram filmi, səssiz film, kino nağılı[d]
Rejissor Jorj Melyes
Prodüser Jorj Melyes
Əsərin müəllifi Şarl Perro
Ssenari müəllifi Jorj Melyes
Baş rollarda Barral
Blöett Bernon
Karmeli
Depeyru
Jorj Melyes
Janna D'Alsi
Operator
İstehsalçı Star Film
İlk baxış tarixi Melodram
Müddət 6 dəqiqə
Ölkələr Fransa Fransa
Dil Fransız dili
İl 1899
Rəng Ağ-qara
IMDb ID0000230
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sinderella valideynləri olmayan yetim cavan qızdır. Onun ögey anası və bacıları vardır. Lakin ögey ailə onunla çox pis davranır. Bu səbəbdən Sinderella müxtəlif çətinliklərə dözməyə məcbur olur. Lakin bir gün Sinderella döşəməni təmizləyən zaman yanına pəri xanım gəlir. Pəri ona şahzadə ilə görüşməyə kömək edir. Bunun üçün pəri sehrli çırağı ilə onun üçün gözəl geyim hazırlayır və onu gözəl at arabasına mindirib şahzadənin mərasiminə göndərir. Pəri Sinderellanı mərasimə göndərməmişdən əvvəl ona söyləyir ki, onun yalnız axşama qədər vaxtı vardır. Axşam olandan sonra Sinderella əvvəlki halına qayıdacaqdır. Şənlikdə bütün xanımlar qızılları ilə fəxr edir və rəqs edirlər. Şahzadə onlara diqqət yetirmir. Birdən xanımlar sırasında gözəl bir qız peyda olur. Gənc Şahzadə Kraldan icazə alaraq onu rəqsə dəvət edir. Onlar bir yerdə uzun müddət rəqs edirlər. Sonda Sinderella bütün çətinlikləri arxada qoyub şahzadə ilə bir yerdə qalır. Axşam olan zaman Sinderella pərinin ona söylədiyini yaddan çıxarır və bir müddət sonra əvvəlki halına dönür. Bu zaman ətrafdakılar ona gülməyə başlayırlar. Sinderella qaçan bir ayaqqabını yaddan çıxarır. Şahzadə isə məyusluq hissi keçirir. Sinderella evə qayıdan zaman oturan vəziyyətdə yuxuya gedir. Yuxuda Sinderella qəribə yuxu görür. Yuxuda Sinderella böyük saatlara və qəribə cırtdanları idarə edənə rahatlıq vermir. Yuxudan ayılan zaman Sinderella qarşısında Şahzadə və yanındakı adamları görür. Bu zaman Şahzadə onun ayağına ayaqqabısını taxır. Bu ayaqqabı Sinderellaya məxsus olduğuna görə ayağına tam uyğundur. Bu zaman Şahzadə onu sarayına aparır ki, onunla evlənsiz. Sonda mərasim keçirilir və çoxlu mərasim iştirakçıları balet oynayırlar.

  • Barral
  • Blöett Bernon
  • Karmeli
  • Depeyru
  • Janna D'Alsi — Pəri
  • Jorj Melyes — Cırtdan

Filmin üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]

Ölkələrdə çıxış tarixi

[redaktə | mənbəni redaktə et]

Ölkələrdə adı

[redaktə | mənbəni redaktə et]
  1. "Filmin ölkələrdə çıxış tarixi və digər adı". 2022-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-05.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]