Sinqapur (malay Pulau Ujong («yarımadanın qurtaracağındakı ada») — Sinqapur dövlətinin əsas adası. Ada ölkə ərazisinin böyük hissəsini təşkil edir. Əhalinində çoxu məhs bu adada məskunlaşıb.
Sinqapur | |
---|---|
malay Pulau Ujong | |
Ümumi məlumatlar | |
Sahəsi | 617 km² |
Uzunluğu | 42 km |
Eni | 23 km |
Hündür nöqtəsi | Bukit Timah, 165 m |
Əhalisi | 5.469.700 nəfər (2014-cü il) |
Yerləşməsi | |
1°23′ şm. e. 103°48′ ş. u.HGYO | |
Ölkə | Sinqapur |
Arxipelaq | |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ən ucqar şimal nöqtəsi Sembavanqdır. Ucqar qərb və cənub nöqtəsi isə Tuasdır. Canqi Bay isə ucqar şərq nöqtəsidir.
Ekvatordan 137 km şimalda yerləşib. Malay yarımadasından Cohor boğazı ilə ayrılıb. Boğazın eni 1 km-dir. Cənubdan İndoneziyadan adanı Sinqapur boğazı ayırır. Bu boğaz həm də Hind okeanı ilə Cənubi Çin dənizi ilə birləşdirir. Adanın uzunluğu 42 km, eni 23 kmdir. Sahəsi 617,1 km²-dir[1]. Sinqapur düzənlik səthə malik adadır. Ən yüksək zirvəsi Bukit Timah təpəsidir.
Sinqapur adası seysmik və vulkanik fəaliyyətin məhsuludur. Bunu ərazidə rast gəlinən vulkanik süxurılar sübut edir. Ərazidə qranit süxurlar geniş yayılıb. Sinqapur ərazisində qabbro yada rast gəlinir. Çökmə süxurlara Sinqapurun qərb hissəsində rast gəlinir və qumdaşı, argillit və s-dən ibarətdir. Metamorfik süxurlar Sinqapurun şimal-şərq hissəsində, eləcə də Pulau Tekongu adasının şərq sahillərində yayılıb. Onlar əsasən kvarsitdən ibarətdir.
Sinqapur ekvatoradan 1 dərəcə şimalda yerləşir. Sinqapur Ekvatorial iqlimə malikdir. Dəniz coğrafi mövqeyə malik olması Sinqapurun iqlimi sabit temperatur və təzyiq, yüksək rütubət və yağışlarla ilə xarakterizə olunur.
Pulau Ujong adı adaya verilən ilk addır. Səyyahlar Malay boğazından Cənubi Çin dənizinə qədər üzən zaman istər istəməz ada ətrafını dolanmalı idilər. O üzdən adın mənasıda Dünyanın o başı kimi izah olunur. III əsrdə çin səlnaməçisi Po Lo Çun (蒲罗中) adanı Pulau Ujong kimi yazmış[2]
Po Lo Çenin əlyazmalarında göstərilir ki, adada vaxtilə beş, altı düymlük quyuruğa malik haniballar məskunlaşmış[3].
Sinqapur adası iki körpu ilə Malay yarımadası ilə birləşir. Körpüdən dəmir yolu və avtomobil magistralı keçir. Adada Çanqi beynəlxalq aeroport fəaliyyət göstərir. İndoneziyanın Batam və Bintan adaları ilə bərə əlaqəsi mövcuddur[1].