Sinqapur çayı

Sinqapur — Sinqapur adasında olan çay. Şəhərin Mərkəzi regionu boyunca axaraq Sinqapur boğazına tökülür.

Sinqapur
ing. Singapore River
Çayın aşağı axarları
Çayın aşağı axarları
Ölkə  Sinqapur
Mənbəyi Sinqapur
Mənsəbi Sinqapur boğazı
Uzunluğu 3 km
Sinqapur çayı (Sinqapur)
mənsəbi
mənbəyi
Sinqapur çayının Sinqapurun fiziki xəritəsində:

1°17′ şm. e. 103°50′ ş. u.HGYO

1°18′ şm. e. 103°51′ ş. u.HGYO
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sinqapur çayı şəhərin tarixi ərazisi hesab edilir. Əfsanəyə görə məhz bu çay yaxınlığında şahzadə Sanq Nila Utama şiri görmüş və burdanda adanın, çayın və şəhərin adı meydana gəlmişdir — sinqa pura, "şir şəhəri". 1819-cu ildə Rafflz Stemford çayda britaniya ticarət bazası yaratmış və müasir şəhərin əsası olmuşdur. Çay əsas magistral nəqliyyat vasitəsi kimi ərazinin məskunlaşmasında böyük rol oynamışdir[1].

Şəhərin böyüməsi və çaydan intensiv istifadə sonda çayın güclü çirklənməsinə gətirib çıxarmış[2]. Müstəqillik qazandıqdan sonra görülən ilk işlərdən biri bu tarixi ərazinin və çayın əvvəlki vəziyyətinin bərpası oldu. 1960-cı illərdə şəhərin yenidən planlaşdırılması həyata keçirildi, 1970-ci ildən çayda yük daşınması digər çaya — Keppele keçirilidi və bununla da şəhərin su nəqliyyat xətlərinin yenidən bərpasına başlanıldı[1].

1977-ci ildən Ətraf mühütün müdafiəsi nazirliyi çox çətin bir işə başladı: Sinqapur çayının təmizlənməsi. Altı il sonra, 1983-cü ildə inanılmaz naliyyət əldə edildi. Daha sonra sahil boyu ərazilərin yenidən tikintisinə başlanıldı[1]. Çayın təmizliyinə və ümumi bərpaya 10 il sərf edildi. 1987-ci ilin sentyabrında işlər yekunlaşdı və ölkədə ümumi bayram edildi.

Xarakteriskası

[redaktə | mənbəni redaktə et]

Çayın ümumi uzunluğu 3 km-dir. Sinqapur çayının mənbəyi Kim Senq körpüsü yaxınlığındadır. Mənsəbi isə — Esplanada parkı yaxınlığında, Sinqapur boğazına tökülərək bitir. Şəhərdə görülən böyük mühəndis işləri nəticəsində çay mənsəbdən əks istiqamətə 2 km uzadılıb. Mənsəb olan bölgədə isə çayın dərinliyi və eni artırılmış. Bununla da bu hissə Sinqapur boğazının bir hissəsinə çevrilmişdir. Çay öz axarı boyu üç dəfə dönür və döngə hissələri Klark, Robertson və Qayıqlı adlanır.

Müasir dövrdə çay şəhəri içməli su ilə təmin edən su anbarının bir hissəsi hesab olunur.

  1. 1 2 3 "The History of Singapore River". 2013-05-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-10.
  2. "Singapore River". Heritage Trails. 2009-08-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-10.