Sinqapur (ada)

Sinqapur (malay Pulau Ujong («yarımadanın qurtaracağındakı ada») — Sinqapur dövlətinin əsas adası. Ada ölkə ərazisinin böyük hissəsini təşkil edir. Əhalinində çoxu məhs bu adada məskunlaşıb.

Sinqapur
malay Pulau Ujong
Ümumi məlumatlar
Sahəsi 617 km²
Uzunluğu 42 km
Eni 23 km
Hündür nöqtəsi Bukit Timah, 165 m
Əhalisi 5.469.700 nəfər (2014-cü il)
Yerləşməsi
1°23′ şm. e. 103°48′ ş. u.
Ölkə  Sinqapur
Arxipelaq
Akvatoriya
Sinqapur xəritədə
Sinqapur
Sinqapur
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ucqar nöqtələri

[redaktə | mənbəni redaktə et]

Ən ucqar şimal nöqtəsi Sembavanqdır. Ucqar qərb və cənub nöqtəsi isə Tuasdır. Canqi Bay isə ucqar şərq nöqtəsidir.

border=none Əsas məqalə: Sinqapur coğrafiyası
Sinqapur çayı
Sunqey Seletar çayı
Kallanq çayı

Ekvatordan 137 km şimalda yerləşib. Malay yarımadasından Cohor boğazı ilə ayrılıb. Boğazın eni 1 km-dir. Cənubdan İndoneziyadan adanı Sinqapur boğazı ayırır. Bu boğaz həmdə Hind okeanı ilə Cənubi Çin dənizi ilə birləşdirir. Adanın uzunluğu 42 km, eni 23 kmdir. Sahəsi 617,1 km²-dir[1]. Sinqapur düzənlik səthə malik adadır. Ən yüksək zirvəsi Bukit Timah təpəsidir.

Sinqapur adası seysmik və vulkanik fəaliyyətin məhsuludur. Bunu ərazidə rast gəlinən vulkanik süxurılar sübut edir. Ərazidə qranit süxurlar geniş yayılıb. Sinqapur ərazisində qabbro yada rast gəlinir. Çökmə süxurlara Sinqapurun qərb hissəsində rast gəlinir və qumdaşı, argillit və s-dən ibarətdir. Metamorfik süxurlar Sinqapurun şimal-şərq hissəsində, eləcə də Pulau Tekongu adasının şərq sahillərində yayılıb. Onlar əsasən kvarsitdən ibarətdir.

Sinqapur ekvatoradan 1 dərəcə şimalda yerləşir. Sinqapur Ekvatorial iqlimə malikdir. Dəniz coğrafi mövqeyə malik olması Sinqapurun iqlimi sabit temperatur və təzyiq, yüksək rütubət və yağışlarla ilə xarakterizə olunur.

Adının mənası

[redaktə | mənbəni redaktə et]

Pulau Ujong adı adaya verilən ilk addır. Səyyahlar Malay boğazından Cənubi Çin dənizinə qədər üzən zaman istər istəməz ada ətrafını dolanmalı idilər. O üzdən adın mənasıda Dünyanın o başı kimi izah olunur. III əsrdə çin səlnaməçisi Po Lo Çun (蒲罗中) adanı Pulau Ujong kimi yazmış[2]

Po Lo Çenin əlyazmalarında göstərilir ki, adada vaxtilə beş, altı düymlük quyuruğa malik haniballar məskunlaşmış[3].

Sinqapur adası iki körpu ilə Malay yarımadası ilə birləşir. Körpüdən dəmir yolu və avtomobil magistralı keçir. Adada Çanqi beynəlxalq aeroport fəaliyyət göstərir. İndoneziyanın BatamBintan adaları ilə bərə əlaqəsi mövcuddur[1].

  1. 1 2 "журнал Вокруг Света". 2010-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-05.
  2. Xu Yunqiao History of South East Asia 1961 Singapore World Publishing Co. 许云樵 《南洋史》 星洲世界书局 1961年
  3. Record of Foreign Countries during the Eastern Wu Period, section on Pu Luo Jong 许云樵 《康泰吴时外国传辑注》 四十四-四十五页 1971 新加坡南洋研究所出版