Sinqapurun dövlət quruluşu

Sinqapurun dövlət quruluşu - 1959-cu ildə qəbul edilmiş Konstitusiyasına əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sisitemi.

Sinqapur
malay Republik Singapura
çin. 新加坡共和国
tam. சிங்கப்பூர் குடியரசு
Bayraq Gerb
Bayraq Gerb
"Majulah Singapura"
"İrəli, Sinqapur"
Himn: Majulah Singapura
"İrəli, Sinqapur"
Tarixi
 • Böyük Britaniyadan müstəqillik 31 avqust 1963
 • Malayziyaya qatılma 16 sentyabr 1963
 • Malayziyadan müstəqillik 9 avqust 1965
Paytaxt Sinqapur
İdarəetmə forması Unitar respublika
Prezident Toni Tan Ken Yam
Baş nazir Li Syan Lun
Sahəsi Dünyada 190-cı
 • Ümumi 718,3 km²
 • Su sahəsi (%) 1,44
Əhalisi
 • Əhali 5 469 700[1] nəfər (115-ci)
 • Siyahıyaalma (2010) 5 076 700 nəf.
 • Sıxlıq 7315[2] nəf./km² (3-cü)
ÜDM (AQP)
 • Ümumi 339 milyard[3] dollar  (41-ci)
 • Adambaşına 62 400[3] dollar  (7-ci)
ÜDM (nominal)
 • Ümumi (2011) 259,849 milyard[3] dollar  (38-ci)
 • Adambaşına 49 270[3] dollar  (13-cü)
İİİ (2011) 0.895

Dövlət quruluşu

[redaktə | mənbəni redaktə et]

Sinqapur parlament formasında idarəetmə üsuluna malik federativ respublikadır. Milli bayram günü olan müstəqillik günü (1965) 9 avqustda qeyd olunur. Ölkə Konstitusiyası 3 iyun 1959-cu ildən (1965, 1970, 1974, 19881996-cı illərdə edilən düzəlişlər əlavə olunmaqla) qüvvədədir [4].

İnzibati bölgüsü

[redaktə | mənbəni redaktə et]

Sinqapur 5 dairəyə (Mərkəzi, Cənub-Şərqi, Cənub-Qərbi, Şimal-Qərbi, Şimal-Şərqi) bölünür.

Dövlət başçısı

[redaktə | mənbəni redaktə et]

Bir sıra təmsilçilik, icraedici və kadr məsələləri üzrə səlahiyyətlərə malik Prezident [5] ümumxalq səsverməsi yolu ilə 6 il müddətinə [6]. dövlət başçısı seçilir. Dövlət qulluqçularını vəzifəyə təyin etmək, dövlət büdcəsinin icrasına və səlahiyyətləri daxilində Hökumətin fəaliyyətinə nəzarət etmək və digər mühüm məsələlər dövlət başçısının başlıca funksiyalarından sayılır. Bu fəaliyyəti dövlət başçısı üzvlərini təyin etdiyi Məsləhət Şurası ilə birlikdə həyata keçirir (2 üzv Baş nazirin, 1 üzv Ali Məhkəmə sədrinin və 1 üzv Dövlət Qulluğu üzrə Komissiyanın sədrinin təqdimatına əsasən təyin edilir).

Mövcud konstitusiyaya görə, Ali qanunverici orqan tərəfindən Baş nazirə etimadsızlıq göstərildiyi təqdirdə, Prezident onu istefaya göndərə və ya əksinə Hökumət başçısının xahişi ilə Parlamenti buraxa və erkən seçkilər təyin edə bilər.

Qanunvericilik hakimiyyəti

[redaktə | mənbəni redaktə et]

99 nəfərdən ibarət birpalatalı Parlamentdir. Parlamentin üzvləri 5 il müddətinə ümumxalq səsverməsi yolu ilə seçilirlər.

İl ərzində Parlamentin bir qayda olaraq, iki sessiyanın daha uzun müddətlisi ikinci sessiya sayılır və illik dövlət büdcəsi də məhz həmin sessiyada müzakirə və təsdiq edilir. Qanun layihələri 3 oxunuşda müzakirə olunur və sadə səs çoxluğu ilə qəbul edilir. Maliyyə ilə bağlı qanun layihələrini Parlamentə yalnız Hökumət təqdim edə bilər. Mövcud Konstitusiyaya görə, qəbul edilən layihə Prezident tərəfindən təqdir edildikdən sonra hüquqi baxımdan qanun statusu əldə edir.

İcraedici hakimiyyət

[redaktə | mənbəni redaktə et]

Prezidentin təyin etdiyi Baş nazirParlamentdə mandatların əksəriyyətinə sahib olan siyasi partiyanın nümayəndələrindən formalaşmış 15 üzvdən ibarət Nazirlər Kabineti ölkədə icra hakimiyyətini həyata keçirməkdə səlahiyyətlidir. Hökumət üzvləri Parlament qarşısında fəaliyyətlərinə görə cavabdehlik və kollektiv məsuliyyət daşıyır. Bu baxımdan Nazirlər Kabineti öz siyasətini kollektiv surətdə həyata keçirir və Parlamentin etimadsızlıq göstərdiyi təqdirdə tam heyətdə istefaya gedir.

Məhkəmə hakimiyyəti

[redaktə | mənbəni redaktə et]

Sinqapurun hüquq sistemi ingilis ümumi hüquq sistemi əsasında fəaliyyət göstərsə də, şəxsi statuslu məsələlərdə Çin, müsəlman və indus hüquq məktəbindən də istifadə edilir.

Ölkədə məhkəmə hakimiyyəti Ali Məhkəmə (Məhkəmənin sədri və digər altı hakim Prezident tərəfindən təyin olunurlar) və Apelyasiya Məhkəməsi, habelə magistrat, dairə və müsəlman icmasının ailə-nikah məsələlərini tənzimləyən şəriət məhkəmələri tərəfindən həyata keçirilir.

  • Əminə Yusifqızı. Dünya ölkələri, 2008-ci il.
  • Сингапур — перекресток малайского мира. МИИ, вып. VII. М., 1996. 92 с.
  • Погадаев, В. А. Малайский мир (Бруней, Индонезия, Малайзия, Сингапур). Лингвострановедческий словарь. Свыше 9000 словарных статей / Pogadaev, V.A. Dunia Melayu (Brunei, Indonesia, Malaysia, Singapura). Kamus Lingua-Budaya / Pogadaev, V.A. Malay World (Brunei, Indonesia, Malaysia, Singapore). Lingua-Cultural Dictionary). М.: Восточная книга, 2012 ISBN 978-5-7873-0658-3
  1. "Statistics Singapore - Latest Data - Population & Land Area (Mid-Year Estimates)". Statistics Singapore. 2014. 29 November 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 05 January 2015.
  2. "2008 Estimate". Singapore Statistics. 2009. 21 February 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 July 2011.
  3. 1 2 3 4 "Singapore". International Monetary Fund. 16 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 April 2012.
  4. "Перевод Конституции Республики Сингапур на русский язык". 2012-05-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-23.
  5. http://statutes.agc.gov.sg/aol/search/display/view.w3p;ident=7ddfe0c6-bad6-44ba-bf87-c403723f07eb;page=0;query=CompId%3Afadfb638-9566-417c-ae6b-b68384ce5834;rec=0;resUrl=http%3A%2F%2Fstatutes.agc.gov.sg%2Faol%2Fsearch%2Fsummary%2Fresults.w3p%3Bpage%3D0%3Bquery%3DCompId%253Afadfb638-9566-417c-ae6b-b68384ce5834#pr17-he-.%7Ctitle=Конституция Arxivləşdirilib 2014-02-27 at the Wayback Machine Республики Сингапур, статья 17|lang=en|accessdate=24-05-2013|archiveurl=http://www.webcitation.org/6GryPCI5e%7Carchivedate=2013-05-25[ölü keçid]
  6. http://statutes.agc.gov.sg/aol/search/display/view.w3p;ident=7ddfe0c6-bad6-44ba-bf87-c403723f07eb;page=0;query=CompId%3Afadfb638-9566-417c-ae6b-b68384ce5834;rec=0;resUrl=http%3A%2F%2Fstatutes.agc.gov.sg%2Faol%2Fsearch%2Fsummary%2Fresults.w3p%3Bpage%3D0%3Bquery%3DCompId%253Afadfb638-9566-417c-ae6b-b68384ce5834#pr20-he-.%7Ctitle=Конституция Arxivləşdirilib 2014-02-27 at the Wayback Machine Республики Сингапур, статья 20|lang=en|accessdate=24-05-2013|archiveurl=http://www.webcitation.org/6GryPCI5e%7Carchivedate=2013-05-25[ölü keçid]