Sintetik corab

Sintetik corablar — ayaqdan dizə qədər və ya budun bir hissəsini və ya beldən ayaq barmaqlarına qədər tam örtən, müxtəlif elastik corabdır. Adi corabdan rəngi, dizaynı və şəffaflığı ilə fərqlənir. Hazırda corablar əsasən moda və estetika üçün ətəklərlə birlikdə geyinilir.

A woman stretching a sheer stocking with her hands to inspect it
Neylon corabların keyfiyyətinin araşdırılması İsveç, 1954
Yellow box in which stockings were sold
20-ci əsrin ortalarından etibarən Kronenberq brend corabları

1920-ci illərədək corablar əvvəllər, təkcə soyuqda qorunmaq üçün geyinilirdi. 1920-ci illərdən paltarların ətəkləri qısaldığı üçün və istilik ayaqlara geniş yayılmadığından, qadınlar açıq qalan ayaqlarını örtmək üçün dəri rəngli corablar geyinməyə başladılar. Bu corablar şəffaf idi, əvvəlcə ipəkdən 1940-cı ildən sonra sintetik materialdan hazırlanmışdır.

1939-cu ildə DuPont kimya şirkəti tərəfindən sintetikin tətbiqi Amerikada bir gündə 4 milyon cütə qədər sintetik corablara yüksək tələbat yaratdı. Sintetik corablar pambıq və ipəklə müqayisədə ucuz, şəffaf və həddindən artıq möhkəm idi. Amerikada İkinci Dünya müharibəsinə görə DuPont şirkəti sintetik corabların istehsalını dayandırdı. Paraşüt, təyyarə şnurları və çadır kəndirləri istehsal etmək üçün fabriklərini yenidən təchiz etdi. Müharibənin sonunda DuPont şirkətin sintetik corab istehsalına yenidən qayıdacağını açıqladı, lakin tələbatı ödəyə bilmədi. Bu, DuPont istehsalı artıra bilənə qədər neylon iğtişaşları kimi tanınan Amerika mağazalarında bir sıra iğtişaşlara səbəb olmuşdur.

Şirkət sonradan alıcı kütləsini artırmaq üçün corabların keyfiyyətini aşağı saldı və corablar tez sıradan çıxdığı üçün müştərilər yenidən onu almalı oldular.

Aktrisa An Millerin dediyinə görə, kino və teatr tamaşalarında aktrisa və rəqqasələrin qısa paltarlarına tikilən və (Daddy Long Legs kimi) məşhur filmlərdə görünən 1940-1950-ci illərdə tumanlı corab ortaya çıxdı. Hazırda corablar adətən yun, ipək, pambıq və ya sintetikdən hazırlanır. 1959-cu ildə tumanlı corabın tətbiqi sintetik corablara alternativ verdi və corabların istifadəsi kəskin şəkildə azaldı.

A garter belt showing suspenders attached to the bottom
Sintetik corabı saxlamaq üçün jartiyer və qayışları.

Bunun əsas səbəb sintetik corabların iplərə bağlı olması idi. 1970-ci ildə ABŞ-da kolqotkaların satışları ilk dəfə sintetik corabları üstələdi və o vaxtdan belə davam etdi. 1987-ci ildən başlayaraq tumanlı corabların satışları yeni sintetik corablar üçün icad edilən rezin tutacaqlar səbəbindən bir qədər azalmağa başladı, amma hələ də ən çox satılan corab növüdür. Tumanlı corablar əlavə jartiyer, elastik band tələb etmir. Həmçinin soyuq hava üçün isti geyimdir.

  1. ^ https://www.historyundressed.com/2008/12/history-of-socks-and-stockings.html
  2. ^ Oxford English Dictionary, quotations
  3. ^ https://www.cooperhewitt.org/2014/05/09/a-revolution-in-stockings/ www.cooperhewitt.org
  4. ^ Elgin, Kathy (2005). https://books.google.az/books?id=tlH7xI1M4GwC&pg=PA49&redir_esc=y. Facts On File, Incorporated. p. 49.
  5. ^ Handley, Susannah (1999). Nylon: The Story of a Fashion Revolution. Johns Hopkins Univ. Press. p. 48.
  6. ^ Robert Osborne (Host) (1997-08-20). Private Screenings: Ann Miller (Television production). Turner Classic Movies.
  7. ^ Christensen, C. Roland (1982). Business Policy: Text and Cases. R.D. Irwin. p. 161.
  8. ^ https://www.everydayhealth.com/pain-management-pictures/ways-clothing-can-make-you-sick.aspx