Ətək və ya yubka — beldən asılan və ayaqları bütün və ya qismən örtən boru və ya konus formalı geyim. Ətək paltarın və ya donun alt hissəsidir və yaxud bir insanı beldən aşağı hissəsini əhatə edən ayrı bir xarici geyimdir.[1] Qərb dünyasında, ətək adətən qadın geyimi hesab olunur. Lakin, istisnalar da var: Kilt, Şotlandiyanın ənənəvi kişi geyimidir.
Yubkaların ətəyinin uzunluğu mikro ölçüdən döşəmə uzunluğuna qədər dəyişə bilər və estetika mədəni anlayışlarına, geyinənin şəxsi zövqünə görə, moda və sosial kontekst kimi amillərin təsirinə görə dəyişə bilər. Əksər ətəklər ayrı geyimlərdir, lakin bəziləri şort və mayo kimi bir geyimlərin bir hissəsi ola bilər.
Ətəklər erkən dövrlərdən bəri alt bədəni örtməyin ən sadə yolu kimi geyilib. Mis dövrünün əvvəlindən indiki Serbiya və qonşu Balkan xalqlarının ərazisində yerləşən Vinça mədəniyyətinin (e.ə.5700-4500) istehsal etdiyi heykəlciklər qadınlara ətək kimi geyimlər göstərir.
Ətək Yaxın Şərqdə və Misirdə bütün qədim mədəniyyətlərdə kişilər və qadınlar üçün standart geyim idi. Mesopotamiyadakı şumerlər kaunakes geyirdilər, bu bir kəmərlə bağlanmış xəz yubka növü idi. "Kaunakes" termini əvvəlcə bir qoyun ciyəsinə aid idi, lakin nəticədə paltarın özünə tətbiq olundu. Nəhayət, heyvan dərilər qoyun dərisindən hazırlanan kaunakes parça ilə əvəz olundu.
13 -15-ci əsrlərdə toxuculuqda texnoloji irəliləyişlər (ayaqlı toxuculuq dəzgahı, ülgüc və saplı qayçının yaranması kimi) nəticəsində kəsim üsulu ilə şalvarlar və kolqotqa yarandı. Şalvarlar kişilər üçün dəb halına gəldi və bundan sonra onlar üçün standart geyim oldu, lakin qadınlar üçün tabu olaraq davam etdi.
19-cu əsrdə Qərb mədəniyyətində qadın geyimlərinin kəsilməsi digər əsrlərə nisbətən daha geniş yayıldı. Ətəklər kifayət qədər dar olmağa başladı.
1915-ci illərdən sonra gündüz paltarları üçün ətəyin uzunluğu əhəmiyyət kəsb etməməyə başladı. Növbəti əlli il ərzində ətəklər qısa (1920-ci illər), sonra uzun (1930-cu illər), sonra yenə qısa (müharibə illəri), daha sonra uzun ("Yeni Görünüş"), 1967-1970-ci illər arasında isə ən qısa ətəklər (tabu sayılan alt paltarları görünməmək şərtilə) dəbdə olmuşdur.
1970-ci illərdən bəri, qadınlar üçün ən rəsmi vəziyyətlər xaricində şalvar geyinmək məqbul seçim hesab olunur.
Ətək dünyanın əksər təhsil müəssisələrində qızlar üçün geyim formasının bir hissəsidir, uzunluğu yerli mədəniyyətdən asılı olaraq dəyişir. Pilləli tartan naxışlı yubka İngiltərədə XX əsrin əvvəllərindən bəri qızların məktəb uniformasının bir hissəsi olmuşdur. 21-ci əsrdə ətək qadınlar üçün Qərb geyim üslubunun bir hissəsinə çevrildi və həm işgüzar, həm də ofis geyimi, eyni zamanda idman geyimləri kimi istifadə olunur (məsələn, tennisdə). Ətək eyni zamanda stüardessa, ofisiant, tibb bacısı və hərbçi qadınlar üçün rəsmi geyim kimi tələb edilə bilər.