Sirinqomieliya- Sirinqomieliya-onurğa beyin daxilində tərkibi maye ilə dolu boşluğun- «sirinqsin» yaranması ilə xarakterizə olunur.
-Bazal araxnoidit, -Bazilyar impressiya və ya invaginasiya, -Meningeal karsinomatoz, -Həcmli proseslər (araxnoid,sistlər, Revmatoid artrit,şişlər, oksipital ensefalosele)
Sirinqomieliya adətən ləng proqressiya edir-bir neçə il ərzində.Beyin kötüyü prosesə qoşulduqda-sirinqobulbiya daha kəskin gedişli ola bilər. Sirinqomieliya adətən onurğa beyni boyun nahiyyəsini zədələyir. Klinik mənzərədə hissi,hərəki,vegetativ və digər əlamətlər ilə özünü göstərir.
Hissi pozğunluq-
Sirinqs spinotalamik yolların çarpazını zədələyir ona görədə ağrı,temperatur hissi pozulur,təziq,vibrasion,əzələ-oynaq hissiyatı saxlanılır.
Hərəki pozğunluq Sirinqomielitik boşluğun onurğa beyni ön buynuzlarına genişlənməsi aşağı motoneyronları zədələyir və diffuz əzələ atrofiyasına səbəb olur ,hansı ki adətən əllərdən başlayır və proksimal istiqamətdə bazu,çiyinlərə yayılır.Əllər «caynaq» formasını alır.Yuxarı ətraf reflekslərinin enməsi xəstəliyin erkən dövrundən baş verir.Boşluğun piramid yolları sıxması-aşağı,assimetrik paraparez,hiperrefleksiya və patoloji reflekslərin yaranmasına səbəb olur.
Vegetativ pozğunluq Xəstəliyin gec mərhələlərində çanaq üzvləri disfunksiyası meydana çıxır. Horner sindromu.
Sirinqobulbiya-sirinomielitik boşluq uzunsov beyinə qədər genişləndikdə yaranır.Bu sindrom disfagiya, nistaqm, udlaq və yumuşaq damaq zəifliyi ,dilin assimetrik zəifliyi,atrofiyası,trigeminal sinirin innervasiya zonasında ağrı və temperatur hissinin pozulması ilə xarakterizə olunur.Bəzən digər KBS və beyincik də prosesə qoşula bilər.
Medikamentoz müalicə yoxdur. Simtomatik müalicə məqsədi ilə analgetiklər,antispastik agentlər istifadə oluna bilər. Neyroreabilitasiya - nevroloji funksiyanın saxlanması və ağırlaşmaların aradan qaldırılmasında rolu var. Cərrahi müdaxilə üsulları : -Suboksipital və servikal dekompressiya
-Laminektomiya və sirinqotomiya
-Şuntların qoyulması(ventrikuloperitoneal,lumboperitoneal, sirinqosubaraxnoid və s.)
-Dördüncü mədəciyin ventrikulostomiyası
-Terminal kisənin stomiyası (Kiari malformasiyası olmayan xəstələrə aparılır,və boşluq filum terminaliyə qədər uzandıda aparılır)
-Neyroendoskopik cərrahiyyə [1]