Sirkə anhidridi (CH3CO)2O – rəngsiz sərt iyə malik mayedir. Benzolda, dietil efirində və başqa üzvü həlledicilərdə həll olur.
Sirkə anhidridi | |
---|---|
Ümumi | |
Kimyəvi formulu | (CH3CO)2O |
Molyar kütlə | 102,09 q/mol |
Fiziki xassələri | |
Sıxlıq | 1,0820 q/sm³ |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | 73,1 °S |
Qaynama nöqtəsi | 139,6 °S |
Sənayedə sirkə anhidridi asetaldehidin katalitik oksidləşməsi nəticəsində kobalt və mis asetatlarının iştiraki ilə alınır. Sirkə turşusundan su ayıran maddələrin vasitəsi ilə:
Natrium asetatın xloranhidridlə dəyişmə reaksiyası nəticəsində:
Spirtlərlə mürəkkəb efirlər əmələ gətirir:
Aminlərlə reaksiya zamanı amidlər alınır:
Sirkə anhidridini su ilə qızdırdığda sirkə turşusu alınır:
Sirkə anhidridi ətirli maddələrin, dərman preparatlarının, süni liflərin və foto və kinoplyonkaların istehsalında istifadə olunur.