Sittard

Sittard (limb. Zitterd)[1]Hollandiyanın Limburq əyalətinin cənubunda yerləşən şəhər.

şəhər
Sittard
limb. Zitterd
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
51°00′00″ şm. e. 5°52′00″ ş. u.
Ölkə  Niderland
Region Limburq
Rayon Sittard-Qelen
Tarixi və coğrafiyası
Əsası qoyulub 850
İlk məlumat 1157
Mərkəzin hündürlüyü 40-100 m
Saat qurşağı
Əhalisi
Əhalisi 37.730 nəfər (2011)
Milli tərkibi limburqlar, hollandlar
Rəsmi dili Limburq dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +31 46
Poçt indeksi 6130-6137
Nəqliyyat kodları N276, N294, N297
Xəritəni göstər/gizlə
Sittard xəritədə
Sittard
Sittard
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sittard-Qelen bələdiyyəsində yerləşir və 37.730 sakini vardır. Şəhər şərqdən Almaniyanın Şimali Reyn-Vestfaliya vilayətinin Selfkant bələdiyyəsi ilə həmsərhəddir və dəniz səviyyəsindən 45 metr yüksəklikdədir.

Sittard bazar meydanı

Arxeoloji qazıntılar Sittard ərazisinin e.ə. 5000-ci məskunlaşıldığını göstərir. Sittardın 850-ci ildə salındığı hesab olunur.[2] İlk dəfə 1157-ci ildə təsvir olunmuşdur. 1243-cü ildə Limburq hersoqu tərəfindən şəhər statusu almışdır. 1400-cü ildə Yulix hersoqluğuna satılmışdır və 1794-cü ilə qədər şəhər bu hersoqluğun tabeliyində olmuşdur. XV–XVII əsrlərdə yanğınlar və müharibələr üzündən şəhər dəfələrlə dağılmış və yenidən tikilmişdir. Holland müharibəsi zamanı 1677-ci ildə böyük ziyan görmüşdür. Fransa işğalı illərində (1794–1814) Rur departamentinin tərkibində olmuşdur. 1814-cü ildən Niderlandın bir hissəsi olmuşdur. Sadəcə 1830–1839-cu illərdə Belçika inqilabına görə Niderlanddan ayrı qalmışdır. İkinci dünya müharibəsində almanlar şəhəri ələ keçirərək Broeksittard kimi kiçik bələdiyyələri şəhərə birləşdirmişdirlər. 18–19 sentyabr 1944-cü ildə 2-ci Zirehli Diviziya tərəfindən şəhər azad edilmişdir. Şəhərin tarixi hissəsinin böyük hissəsi məhv olmuşdur. Şəhərə 4000 bomba düşmüşdür.

İkinci dünya müharibəsindən sonra şəhər sürətlə genişlənməyə başlamışdır, yeni məhəllələr tikilmişdir. 1960-cı və 1970-ci illərdə bağlanana qədər şəhərin ətrafındakı daş kömür mədənləri şəhər iqtisadiyyatının əsas parçası idi.

Görməli yerləri

[redaktə | mənbəni redaktə et]
Şəhərin qədim hissəsi.

Sittardın kiçik tarixi şəhər mərkəzində bir çox tarixi abidə, bir neçə qədim kilsə (Müqəddəs Piter kilsəsi, Müqəddəs Mixael kilsəsi, Müqəddəs Ürəyin Leydisi bazilikası), monastırlar, taxta evlər yerləşir. Mərkəzi bazar meydanında bir çox restoran və bar vardır. Qədim şəhər divarlarının bir hissəsi mühafizə olunur. Şəhərin cənub-şərqində, Kollenberq təpəsində Müqəddəs Roza kilsəsi yerləşir. Şəhərin mərkəzində IV əsrdən qalma məktəb binası Het Domein muzeyinə çevrilmişdir. Muzeydə müasir incəsənət, arxeologiya və şəhər tarixi haqqında eksponatlar sərgilənir. Şəhərdə həmçinin Millətlər Birliyi Müharibə məzarlığı yerləşir. Bu məzarlıqda Millətlər Birliyindən olan 289 əsgər basdırılmışdır. Onlardan biri olan Denis Donnini Viktoriya xaçını qəbul edən ən gənc adamdır.

Sittardda SABIC şirkətinin Avropadakı baş ofisi və DSM şikətinin böyük ofisi yerləşir. Hər iki şirkətin Qelen yaxınlığında kimya fabrikləri vardır. Boels Rental avadanlıq icarə şirkətinin baş ofisi də bu şəhərdədir.

Sittard şəhərinin ən əhəmiyyətli futbol klubu Niderlandın ikinci divizyonunda mübarizə aparan "Fortuna Sittard", ən əhəmiyyətli hendbol klubu isə 18 qat Hollandiya çempionu "Sittardiya"dır.

Niderlandın ən böyük Kennedi yürüyüşü Sittardda başlayır və bitir.

Tanınmış şəxslər

[redaktə | mənbəni redaktə et]
  • Eddi Beuqel - velosipedçi
  • Rens Blom - atlet
  • Mayk van Dim - rejissor
  • Co Erens - müğənni
  • Tun Ermans - komediyaçı
  • Uim Hof - rekordçu
  • Frankin Houben - memar
  • Yan Nolten - velosipedçi
  • Yan Notermans - futbolçu
  • Hub Stevens - futbolçu
  • Arnold Vanderlid - boksçu
  • Yust Zveqers - pianoçu və müğənni
  • Lourens Stassen - siyasətçi.

Şəhər əhalisinin böyük hissəsi Limburq dilinin Sittard dialektindən istifadə edir.

Qardaş şəhərlər

[redaktə | mənbəni redaktə et]
  1. "Arxivlənmiş surət" (PDF). 2014-04-07 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2015-06-21.
  2. "Arxivlənmiş surət". 2021-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-21.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]