Siva (oazis)

Sivə (ərəb. واحة سيوة‎, bər. ⵉⵙⵉⵡⴰⵏ) — Misirin Mətruh mühafəzəsində yerləşən oazis. Məntəqə Misir-Liviya sərhədindən 50 km, Aralıq sahilindən isə 300 km uzaqlıqda, Kəttarə çökəkliyində yerləşir.[1][2][3] Sivə Misirin ən təcrid olunmuş məntələrindən biridir və əhalisi 33,000 nəfərdir. Əhalisinin əksəriyyəti bərbər xalqındandır. Sivədə yaşayan bərbərlər xüsusi bir mədəniyyət yaratmışdır və dilləri bərbər dil ailəsindən olan Sividir.[4]

Oazis
Sivə
ərəb. واحة سيوة‎, bər. ⵉⵙⵉⵡⴰⵏ
29°12′ şm. e. 25°32′ ş. u.HGYO
Ölkə  Misir
Mühafəzə [[Mətruh]]
Tarixi və coğrafiyası
Əvvəlki adları Sext-am
Səntəriyyə
Sahəsi 80 km²
Mərkəzin hündürlüyü -19 m
Saat qurşağı UTC+2 , yayda UTC+3
Əhalisi
Əhalisi 32,741 nəfər
Milli tərkibi bərbərlər
Rəsmi dili ərəb dili
Digər
siwaoasis.com
Xəritəni göstər/gizlə
Sivə xəritədə
Sivə
Sivə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Oazis orada yerləşən Amonun məbədinə görə məşhurdur. Bu məbəd turistləri məntəqəyə cəzb edir. Qonaqlar oazisə Ammonium adını veriblər. Ərazi tarixən Qədim Liviyanın ərazisindədir.

Sivə oazisi Kəttarə çökəkliyində yerləşir. Oazis dəniz səviyyəsindən 19 metr aşağıdadır. Məntəqənin qərbində Cağbub oazisi yerləşir.

Oazisin Qədim Misir dilindəki adı Sext-am, yəni palma torpağıdır.[5] Erkən ərəb coğrafiyaşünaslar ərazini Səntəriyyə adlandırıblar. Oazisin müasir adı olan Sivə XV əsrdə yaranmışdır. Sözün etimologiyası qeyri-müəyyəndir.[6]

Müasir Sivədəki əsas məşğuliyyət kənd təsərrüfatıdır.[1] Son illərdə turizm məntəqənin əsas gəlir mənbəyi olmuşdur.[7]

  1. 1 2 Siwa // Encyclopædia Britannica, 2007
  2. Shubert, Bard, Kathryn A. (redaktor), Encyclopedia of the Archaeology of Ancient Egypt, Routledge (UK), 1999, ISBN 978-0-415-18589-9, 2020-04-07 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2017-12-28 (#first_missing_last)
  3. Arnold, Dieter; Strudwick, Helen; Strudwic, Nigel, redaktorlar The Encyclopaedia of Ancient Egyptian Architecture, I B Tauris, 2003, ISBN 978-1-86064-465-8
  4. Planet, Lonely. "Siwa Oasis, Egypt - Lonely Planet". Lonely Planet (ingilis). 2016-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-19.
  5. Basset, René, Le dialecte de Syouah, Paris: Ernest Leroux, 1890, səh. 3
  6. Ilahiane, Hsain, Siwa Oasis // Historical dictionary of the Berbers (Imazighen), Historical dictionaries of peoples and cultures, 5, Lanham, MD: Scarecrow Press, Inc, 2006, səh. 111, ISBN 978-0-8108-5452-9
  7. Can a Desert Oasis Lead the Way to Sustainable Eco-Tourism in Egypt? Arxivləşdirilib 2021-05-16 at the Wayback Machine Wharton School of the University of Pennsylvania, Mar 01, 2010.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]