Amon

Misir Tanrıları
Amon
Amon

Amon


Amon

Tam adı Amon
Adı Amon
və ya
M17Y5
N35
İdeoqram
C12
və ya
M17Y5
N35
Determinativ 1.
M17Y5
N35
A40
Determinativ 2.
M17Y5
N35
C12
Yunan Ammon və ya Hammon
Qibti ⲁⲙⲟⲩⲛ
(Amun)
Mixi yazısı amâna / amûnu


Amon və yaxud Ammon,[1] Amoun, Amun, Amen — qədim Misir dini-əfsanəsinə görə külək və bərəkət (məhsuldarlıq) tanrısı (ilahisi). Bu tanrı (allah) (ilahi) Ra — nın əlavə adı Ameni ilə səhv salınmamalıdır.

İlk olaraq Misirin mərkəzi əyalətində Amon tanrı kimi qəbul edilmişdir. XI sülalə dövründə Teben şəhərində əyalət tanrısı qəbul olunurdu. Hermontis ailəsi ölkə daxili çəkişməni öz xeyrinə həll etdikdən sonra Tebeni legitimləşdirir. XII sülalə düvründə yeni paytaxt Teben şimala köçürülür. Bundan sonra firon I Senusert Amon məbədi tikdirir.

Amonun daş üzərində insan qaz və qoç kimi təsvirləri, Berlin Misir muzeyi

Amon Amarna dövründən qabaq taclı və əsalı insan obrazında təsvir olunmuşdur. Ammarnadan sonrakı dövrdə isə mavi rəngdə olan tovuz quşu lələyindən ibarət olan qoşa tacla təsvir edilmişdir. Mavi dəri küləyi və yaranışı, lap qədim xalq inacına görə qoçu tərənnüm edirdi. Amon sürünün, otlaqların ağası, bərəkət tanrısıdır. Bəzi məbədlərdə o, qoç başlı insan gövdəsində təsvir olunmuşdur. Mut adlanan əyalət ilahəsi onun arvadı və şahin başlı ay allahı Xonsu isə onların oğludur. Qədim yunanlar Amunu Zefslə romalılar isə onu Yupiter tanrısı ilə eyniləşdirirlər. Qədim Misirin süqutundan sonra Amon kultu hələ bir müddət hafizələrdə qalmışdır.

  • Ziya Bünyadov.Dinlər, təriqətlər, məzhəblər. Bakı,2007
  • Hans Bonnet: Amun, in: Lexikon der ägyptischen Religionsgeschichte, Nikol. Hamburg 2005. ISBN 3-937872-08-6 S. 31-37(früherer Titel: Reallexikon der ägyptischen Religionsgeschichte)
  • Adolf Erman: Die Aegyptische Religion, Verlag Georg Reimer, Berlin 1909
  • Wolfgang Helck, Eberhard Otto: Kleines Lexikon der Ägyptologie. Harrassowitz, Wiesbaden 1999. ISBN 3-447-04027-0
  • Erik Hornung: Der eine und die Vielen, Ägyptische Gottesvorstellungen, Darmstadt 1971,
  • Emil Nack: Ägypten. Das Reich der Pharaonen. Tosa-Verlag, Wien 2004. ISBN 3-85492-931-5 (früherer Titel: Ägypten und der Vordere Orient im Altertum)
  • Eberhard Otto, Max Hirmer: Osiris und Amun. Kult und heilige Stätten, 1966
  • Kurt Sethe: Amun und die Acht Urgötter von Hermopolis, 1929
  1. Молох // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 41.