Sivriyarpaq ağcaqayın

Avropada, Kareyada, cənubda isə Qafqazda, Balkanda yayılmışdır.

Sivriyarpaq ağcaqayın
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 30-m ə çatan sıx, yumru çətirli ağacdır. Cavan budaqların qabığı hamar, qırmızımtıl-bozdur. Ağacın gövdəsi tünd, qonurumtul-boz, bəzən tam qara rəngli, üzərində çoxlu çatları olan qabıqla örtülmüşdür. Yarpaqlar 5 dilimlidir, tünd yaşıldır, payızda narıncı-sarımtıl rəngdə olur, uzunluğu 18 sm-ə qədərdir. Mayın I və II ongünlüyündə çiçəkləyir, sentyabrın ortalarında meyvələri yetişir. Çiçəkləri sarımtıl-yaşıl, ətirlidir, qalxan çiçək qrupuna yığılmışdır. Ömrünün ilk 3 ilində tez böyüyür, 17 yaşında çiçəkləyir və meyvə verir.

Məhsuldar və rütubətli torpaqlara tələbkardır, tez böyüyür, kölgəyə, küləyə davamlıdır. Torpağın şoranlaşmasına dözmür. Köçürməni və şəhər şəraitini yaxşı keçirir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Böyük və Kicik Qafqazda aşağı dağ yamaclarında rast gəlinir.

Dekorativ bağçılıqda gözəl sıx çətirinə, qamətli gövdəsinə, yarpaqların rəngi, forması və s. yüksək xüsusiyyətlərinə görə bağ və parkların salınmasında istifadə edilir. Çох qədimdən mədəni şəraitdə becərilir.

  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 1055.
  • Tofiq Məmmədov, "Azərbaycan dendroflorasi" V cild, Baki, "Elm", 2019, 370 səh.