Siyavuş Qurbanov

Qurbanov Siyavuş Sabir oğlu (1966, Aydıngün, Salyan rayonu1993, Tap Qaraqoyunlu, Goranboy rayonu) — şəhid.

Siyavuş
Şəxsi məlumatlar
Doğum tarixi 22 İyul 1966
Doğum yeri Azərbaycan
Vəfat tarixi 29 İyul 1993
Vəfat yeri Goranboy, Tapqaraqoyunlu
Vəfat səbəbi 1-ci Qarabağ müharibəsində şəhid olmuşdur
Dəfn yeri Salyan rayonu, Qaraçala qəsəbə Şəhidlər xiyabanı
Dəfn tarixi 30.07.1993
Vətəndaşlığı Azərbaycan
Milliyyəti azərbaycanlı
Uşağı Qurbanlı Sənubər
Hərbi fəaliyyəti
Qoşun növü

Hərbi dəniz donanması

Piyada qoşunları
Xidmət illəri

Oktyabr 1984 - Oktyabr 1986

Mart 1993 - İyul 1993
Döyüşlər 1-ci Qarabağ müharibəsi

Həyatı[redaktə | mənbəni redaktə et]

Qurbanov Siyavuş Sabir oğlu 1966-cı ildə Salyan rayonu Aydıngün kəndində (indiki Yeni Uluxanlı kəndi(https://goo.gl/maps/jduVyAW15oyJxRQL9)) 6 uşaqlı ailənin 5-ci övladı olaraq dünyaya gəlmişdir. 1972-ci ildə Salyan rayon Aydıngün kənd orta məktəbində I sinfə başlamışdır. Məktəbdə oxuyarkən həm dərslərindəki nailiyyətləri ilə, həm də müsbət davranışı ilə fərqlənmişdir. İdmana böyük həvəsi olan Siyavuş, məktəbdə oxuyarkən futbolla da məşğul olurdu. Dəfələrlə futbol üzrə yarışlarda fərqlənmə diplomu almışdır. O, həmçinin nağara alətində ifa etməyi çox sevmiş və hobbi olaraq onunla da məşğul olmuşdur.

Təhsili[redaktə | mənbəni redaktə et]

10-cu sinfi başa vurduqdan sonra Bakı şəhərində Neft-kimya texnikomunun "Qaldırıcı qurğular üzrə mühəndis" ixtisasasına qəbul olmuşdur. Təhsilini başa vurmağa 6 ay qalmış hərbi xidmətə yollanmışdır. Hərbi xidməti Rusiyada Murmanks şəhərində Hərbi dəniz donanmasında keçmişdir. Hərbi xidməti bitirdikdən sonra təhsilini başa vurmaq üçün texnikoma qayıtmışdır. Təhsilini bitirdikdən sonra öz ixtisası üzrə Rusiyanın Tümen şəhərinə təyinat almış və 2 ilə yaxın işlədikdən sonra Azərbaycana qayıtmışdır. Bu dəfə yenə təyinat alan Siyavuş Qurbanov Rusiyanın Penza şəhərinə yollanır və orada çalışarkən gələcək həyat yoldaşı ilə tanış olur. Onlar hər ikisi Penza şəhərində Politexnik İnstitutuna qəbul olurlar. Bir müddət sonra Rusiyada başlayan daxili çaxnaşmalar səbəbilə Azərbaycana qayıdırlar

Döyüşlərdə iştirakı[redaktə | mənbəni redaktə et]

İlk hərbi xidmətini 1984–1986-cı illərdə Rusiyanın Murmansk şəhərində hərbi dəniz donanmasında başa vurmuşdur. Daha sonra 1993-cü ilin mart ayında 1-ci Qarabağ müharibəsi zamanı Vətəni qorumaq üçün könüllü olaraq — Kəlbəcərə yollanan Siyavuş Qurbanov, 1993-cü ilin iyul ayında Goranboyda (Tapqaraqoyunlu) qızğın döyüşlər zamanı aldığı qəlpə yarasından şəhid olmuş və Salyan rayonu Qaraçala qəsəbə Şəhidlər xiyabanında dəfn olunmuşdur. Yaşadığı kənddən ilk şəhid olduğu üçün ilk dəfə 1995-ci ildə köhnə məktəbə, daha sonra isə həmin kəndin yeni tikilən məktəbinə şəhid Siyavuş Qurbanovun (Siyavuş Qurbanov adına Yeni Uluxanlı kənd tam orta məktəbi) adı verilmişdir. Həmçinin, kəndin küçələrindən birinə də onun adı verilmişdir.

Xatirəsi[redaktə | mənbəni redaktə et]

Şəhid, https://az.wikipedia.org/wiki/Qara%C3%A7ala Salyan rayon Qaraçala qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Salyan rayon Yeni Uluxanlı kənd məktəbi(https://www.facebook.com/profile.php?id=100089286862545) Şəhidin adını daşıyır. Evli idi. Ondan yadigar, qızı, Qurbanlı Sənubər qalmışdır.