Yeni Uluxanlı

Yeni Uluxanlı (əvvəlki adı: Aydıngün) — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 fevral 2008-ci il tarixli, 548-IIIQ saylı Qərarı ilə Salyan rayonunun Yolüstü kənd inzibati ərazi dairəsi tərkibindəki Aydıngün kəndi Yeni Uluxanlı kəndi adlandırılmışdır.[1]

Yeni Uluxanlı
39°47′57″ şm. e. 49°00′41″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 3.000 nəf. (2013)
Xəritəni göstər/gizlə
Yeni Uluxanlı xəritədə
Yeni Uluxanlı
Yeni Uluxanlı

Aydıngün Salyan rayonunun Qaracala qəsəbə inzibati ərazi vahidində qəsəbə. Kür çayının sahilində, Şirvan düzündədir. Sovet hakimiyyəti illərində (1965) verilmiş adlardandır. Oykonim "Xoş gun; firavan həyat" mənasındadır.[2]

Kənddə ilkin yaşayış XIX əsrin ortalarına təsadüf etmişdir. Həmçinin Qərbi Azərbaycanda da eyniadlı yaşayış yeri mövcuddur. Ermənistan SSRİ-nin Masis rayonundan buraya köçürülmüşlər.[3]

Əhalisi 2013-cü il üzrə 3.000 nəfərdir.[3]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Burada çoxlu vətəgələr olub və indi də vətəgələr qorunur.[3]

Kənddə "İmam Zaman" məscidi dini icması fəaliyyət göstərir.[4]

Yeni Uluxanlı kəndi 2012 Arxivləşdirilib 2016-08-29 at the Wayback Machine

  1. "Azərbaycan Respublikası Salyan rayonunun Aydıngün kəndinin adının dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 12 fevral 2008-ci il tarixli, 548-IIIQ saylı Qərarı". 2022-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-25.
  2. Yeni Uluxanlı // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  3. 1 2 3 "Yeni Uluxanlı" (az.). wikimapia.org. 2016-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-09.
  4. MÜSƏLMAN DİNİ İCMALAR - 2018-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-08 at the Wayback Machine. scwra.gov.az  (az.)