Skalitsa

Skalitsa (slovak. Skalica, alm. Skalitz‎, mac. Szakolca) — Slovakiyanın qərbində, Çexiya ilə sərhəddə yerləşən kiçik bir şəhər. Əhalisi 15 min nəfərə yaxındır. Şəhər Zaqorye bölgəsinin mərkəzi sayılır.

Skalitsa
Skalica
Bayraq Gerb
Bayraq Gerb
48°50′37″ şm. e. 17°13′35″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1217
İlk məlumat 1217
Sahəsi
  • 60,007 km²
Mərkəzin hündürlüyü 177 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 15.471 nəf. (2023)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu +421 34
Poçt indeksi 909 01
Nəqliyyat kodu SI
Digər
skalica.sk
Xəritəni göstər/gizlə
Skalitsa xəritədə
Skalitsa
Skalitsa
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Skalitsa ətrafında ilk insan məskənləri hələ neolit dövründə, E.Ə. 4000 min il əvvəl yaranmışdı. Daha sonralar şəhər Böyük Morav dövlətinin tərkibinə daxil olur, lakin tarixi mənbələrdə şəhərin adı yalnız 1218-ci ildə artıq Macar krallığının tərkibində qeyd olunur.

1372-ci ildə macar kralı I Lüdovik şəhərə azad kral şəhər hüququ vermişdi, bu da Senitsada şəhər divarlarının inşa edilməsinə yardım etmişdi. Şəhərin sonralar Lüksemburq Sigizmund tərəfindən qayğısı nəticəsində Skalitsa Macar krallığının mühüm ticarət mərkəzinə çevrilir. Şəhər XVII əsrdə Slovakiyanın 5-ci böyük şəhərinə çevrilir.

XIX əsrin sonunda Rujomberok və Martin şəhərləri ilə yanaşı Skalitsa Slokayida geniş vüsət almış macarlaşdırma prosesinə qarşı çıxan mərkəzlərdən birinə çevrilmişdi. 1918-ci ildə Skalitsa bir neçə günlük Slovakiyanın paytaxtı olmuşdu, 1919-cu ildən sonra isə şəhər Çexoslovakiyanın tərkibinə daxil olur.

Əhalinin etnik mənsubiyyətinə görə

[redaktə | mənbəni redaktə et]

və digərləri[2]

Əhalinin konfessional mənsubiyyətinə görə

[redaktə | mənbəni redaktə et]
  • roma-katolikləri 70,15 %
  • ateistlər 19,92 %
  • yevangelik kiləsi v.d. 6,67 %
  • yunan-katolikləri 0,17 %
  • pravoslavlar 0,17 %

və digərləri[2]

Ana məktəblər:

  • Materská škola, Súkromná Materská škola a detské Jasle Slniečko n.o. na Clementisovej ulici

İbtidai məktəblər:

  • Základná Škola na ul. Vajanského, Základná Škola na ul. Mallého, Základná Škola na ul. Strážnickej, Špeciálna základná škola, Základná umelecká škola, Základná škola pri NsP Skalica, Súkromná základná škola na Námestí slobody,

Orta məktəblər:

  • Gymnázium Skalica, Stredná zdravotnícka škola, Združená stredná škola

Ali məktəblər:

  • Stredoeurópska vysoká škola v Skalici

Partnyor şəhərlər

[redaktə | mənbəni redaktə et]

Tanınmış Skalitsalılar

[redaktə | mənbəni redaktə et]
  • Franko Víťazoslav Sasinek (* 1830 – † 1914), tarixçi
  • Ladislav Fodor (* 1855 – † 1924), riyaziyyatçı və pedaqoq
  • Pavel Blaho (* 1867 – † 1927), həkim, publisist və siyasətçi
  • Janko Blaho (* 1901 – † 1981), opera ifaçısı
  • František Krištof Veselý (* 1903 – † 1977), aktyor, müğənni və rejissor
  • Gedalia Ben Zvi (* 1925), İsrailli rəssam
  • Milan Mišík (* 19282011), geoloçu, professor
  • Anton Srholec (* 1929), roma-katolikli yazıçı, knyaz
  • Otto Tomeček (* 1934 – † 2004), ali məktəb professoru
  • Dušan Grečner (* 1944), akademik rəssam
  • Pavol Flajžík (* 1956), yazıçı
  • Bibiana Ondrejková (* 1972), aktrisa
  • Žigmund Pálffy (* 1972), hokkeyçi

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]