Bu məqaləni vikiləşdirmək lazımdır. |
Skarlatin və ya qızılazar — kəskin antroponoz infeksion xəstəlikdir.[3] Xəstəliyin törədicisi A qrupuna mənsub beta hemolitik streptokoklardır. Streptokokların ekzotoksinin təsiri nəticəsində orqanizmin ümumi intoksikasiyasına səbəb olur. Streptokok infeksiyası insanda antibakterial və antitoksiki immunitetin əmələ gəlməsinə səbəb olur. Xəstəliyi keçirmiş insanlarda davamlı antitoksiki immunitet yaranır.
Skarlatin | |
---|---|
XBT-10-KM | A38, A38.9 |
XBT-9-KM | 034[1][2], 034.1[1][2] |
OMIM | 012541 |
DiseasesDB | 29032 |
MedlinePlus | 000974 |
MeSH | D012541 |
Vikianbarda əlaqəli mediafayllar |
İnkubasiya dövrü 5–7 gün davam edir . Xəstəlik kəskin başlanır. Bədən temperaturu yüksəlir, halsızlıq, baş ağrısı müşahidə olunur. Tipik və daimi simptom — anginadır, yumşaq damağın hiperemiyası, badamcıqla böyüməsi səthlərin ərpləşməsi əmələ gəlir. Limfa düyünləri böyüyür, ağrılıdır. Tez-tez qusma baş verir. 1-ci , 2-ci günlər dəridə parlaq çəhrayi və qırmızı səpkilər əmələ gəlir. Burun , dodaq üçbucağının solğunluğu (Elatov simptomu), ağ dermoqrazim, ətrafların büküşlərində patexial qansızmalar əmələ gəlir. Səpkilər 2–5 gün qalır sonra solur, eyni zamanda bədən tempraturu azalır. II həftədə dəridə soyulmalar müşahidə olunur ,2–3 gün sonra dilin ərp örtüyü təmizlənir, 4-cü gün xarakter görünüş alır , parlaq qızrmızı rəng olur" moruq dil". Mərkəzi sinir sistemi zədələnməsi oyanıqlıq, huşun alaqaranlıqlaşması, sayıqlama ortaya çıxır. Xəstəliyin əvvələrində simptomatik sinir sistemin, 4–5 gün parasimpatik sinir sistemi tonusun yüksəlməsi əmələ gəlir.
Xəstəlik əsasən hava-damcı yolu ilə xəstə şəxslərdən keçir. Kontakt yolu da istisna olunmur. Skarlatinanın inkişafında 3 əsas patogenetik istiqamət ayırd edilir: toksiki, allergik, septik. 5–6 günlük inkubasiya dövründən sonra ilk klinik əlamət kimi yüksək qızdırma ilə skarlatinanın kəskin şəkildə klinik dövrü başlanır.
Patogenetik olaraq skarlatina 2 dövrə bölünür: birinci və ikinci dövrlər.
Klinik gedişindən və klinik-morfoloji xüsusiyyətlərindən asılı olaraq skarlatinanın 3 forması ayırd edilir: yüngül, orta və ağır.
Tibb haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |