Skender Hika (alb. Skënder Hyka; 6 sentyabr 1944[1], Tirana – 5 iyul 2018[2]) ― hücumçu mövqeyində oynamış Albaniya futbolçusu. Onun karyerası boyu çıxış etdiyi yeganə klub "17 Nentori Tirana" (müasir adı "Tirana FK"-dır) idi. O, cəmi bir dəfə Albaniya milli futbol komandasının heyətində oynaya bilmişdir. Albaniya Futbol Assosiasiyasında İcraiyyə Komitəsinin üzvü olaraq çalışmış və 2009-cu ildən Yarışlar Komissiyasının rəhbəri olmuşdur.
Skender Hika | ||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi məlumatlar | ||||||||||||||||||||||
Doğum tarixi | 6 sentyabr 1944[1] | |||||||||||||||||||||
Doğum yeri | ||||||||||||||||||||||
Vəfat tarixi | 5 iyul 2018[2] (73 yaşında) | |||||||||||||||||||||
Vətəndaşlığı | ||||||||||||||||||||||
Mövqeyi | hücumçu | |||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||
|
||||||||||||||||||||||
|
||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Hika Tirana şəhərində doğulmuş orada böyümüşdür. Həmçinin, məhz paytaxtda məktəbə və universitetə getmişdir. Bədən Tərbiyəsi və İdman İnstitutunda oxumuş və 1968-ci ildə peşəkar futbol oynamağa davam edərək məzun oldu. 1957-ci ildə 13 yaşında "17 Nentori Tirana" klubunun gənclər klubuna qoşuldu və 1960-cı illərin əvvəllərində əsas komandaya yüksəlmədən əvvəl müxtəlif yaş qruplarında oynamışdır.
Peşəkar karyerasına başlayan kimi Hika sürətlə "17 Nentori Tirana" klubunun əsas üzvünə çevrildi və bu klubla o, 4 dəfə Albaniyanın əsas liqa çempionu oldu. 1974-cü ildə karyerasını bitirəndə o, artıq klubun formasıyla 60 qola imza atmışdır və bununla klubun tarixində ən çox qol vuran oyunçusu oldu (2012-ci ildə bu baxımdan o, 5-ci idi). Ümumlikdə o, 400 oyun keçirmişdir.[3]
"17 Nentori" ilə uğurlu klub karyerasına baxmayaraq, Hika Albaniya milli futbol komandasında eyni oyun səviyyəsini göstərə bilmədi. Bunun səbəbi hücum mövqelərindəki yer uğrunda yüksək rəqabətlə bağlı idi ki, o dövrdə Medin Jeqa və Panayot Pano kimi oyunçular millinin ulduzlarından idilər, bu da Hikanın əsas heyətə daha tez-tez düşməyinə maneə olurdu. Onun millidə yeganə oyunu 8 aprel 1967-ci ildə Dortmund şəhərində keçirilən Qərbi Almaniyaya qarşı oldu, bu oyunda Almaniya Gerd Müllerin 4 qolu və Hannes Lörun 2 qolu sayəsində 6-0 hesabı ilə qələbə qazandı.[4]
1992-1995-ci illərdə Zanzibar Atletik Klubunun katibi olmuşdur. 1997-ci ildə Albaniya FF-in baş katibi olmuşdur. 1992-ci ildən etibarən Albaniya FA İcraiyyə Komitəsinin üzvü təyin oldu.[5]
Hikanın oğlu Endi də 1990-cı illərdə "Tiran"da oynayarkən iki dəfə liqa çempionluğu qazandı və qardaşı oğlu Renisi 1989-cu ildə eyni uğura imza atmışdır.[3] Skender Hika 2018-ci ilin iyul ayında vəfat etdi.[6]