Skif süitası (ing. The Scythian Suite) - Sergey Prokofiyev tərəfindən 1915 - ci ildə bəstələnmiş orkestr üçün süita.
Skif süitası | |
---|---|
ing. Scythian Suite | |
| |
Bəstəkar | Sergey pProkofiyev |
Forma | süita |
Opus | 20 |
Premyera | |
Hissələr |
Veles və Alanın duası İblis tanrı və paqan divlərinin rəqsi Gecə - İblis tanrı Alaya zərər yetirir Lollinin məşhur qalxışı və Günəşin karteci |
Prokofiyev süitanı əslində skiflər haqqında olan Ala və Lolli baletində istifadə üçün yazmışdır. Əsərin librettosu rus şairi Sergey Qorodetskinin şeirləri əsasında yazılmışdır.[1] Lakin Sergey Diagilevin əsərə maraq göstərməsindən sonra, bəstəkar süitanın musiqisi üzərində yenidən işləyərək onu konsertlərdə ayrıca ifa üçün yararlı vəziyyətə gətirmişdir.
Əsərin planlanan premyerası, tamaşaya bir neçə dəqiqə qalmış, musiqiçilərin olmaması üzündən təxirə salınmışdır. Birinci dünya müharibəsi səbəbiylə əksər musiqiçilər səfərbərliyə alındığından əsəri ifa edəcək orkestri təşkil etmək mümkün olmamışdır. Bununla belə, Moskva tənqidçisi Leonid Sabaneyev musiqinin qırıcı olduğunu qeyd etmişdir. Bu tənqidə cavabında Prokofiyev qeyd edirdi ki, göstəriləcək tamaşa Sabaneyevin təxəyyülünün məhsulu olmalı idi, lakin əsərin librettosunun yeganə nüsxəsi bəstəkarın əlində idi və beləcə o heç vaxt bu librettonu görməmişdi.
İyirmi dəqiqə davam edən süita dörd hissəlidir.
Əsər çox geniş bir orkestrın – pikkolo, 3 fleyta (üçüncü bəzən alto fleyta ilə əvəzlənir), 3 qoboy, ingilis rojoku, 3 klarnet (üçüncü bəzən E-flat klarnetlə əvəzlənir), bass klarnet, 3 faqot, kontrafaqot, 8 valtorna, 4 truba (beş də ola bilər), 4 trombon, tuba, litavra, zənglər, ksilofon, 2 tava, qonq, üçbucaq, böyük baraban, kiçik baraban, dəf, 2 arfa, çelesta, pianino və skripkaların köməkliyi ilə ifa edilir.
Əsərin premyerası 29 yanvar, 1916 – cı ildə Prokofiyevin özünün rəhbərliyi ilə həyata keçirilmişdir.