Skolopendrlər

Skolependrokimilər dəstəsi (lat. Scolopendromorpha)-Buğumayaqlılar tipinin Dodaqayaqlılar sinfinə aid olan dəstə.

Skolopendrlər
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Skolopendrlər
Beynəlxalq elmi adı

Xarici quruluşu

[redaktə | mənbəni redaktə et]

Skolependrokimilərın nisbətən enli sıx bədəni, kriptopidlərin solğun, sqolodirlərin tünd rəngi, 15-23 cüt ayaqları olur. Skolependrokimilərin ayaqları təkcə sürətli yerişə və qaçışa deyil, həm də qidanı möhkəm tutmağa uyğunlaşmışdır.[3]

Skolependrokimilər – başlıca olaraq tropiklərdəsubtropiklərdə yaşayan ən iri çoxayaqlılardır. Skolependrokimilərin çoxu daşların altında, qayaların yarıqlarında və b. bu kimi sığınacaqlarda yaşayırlar. İstisnasız olaraq gecələr sığınacaqdan çıxıb, müxtəlif onurğasızları ovlayırlar. İri skolependrokimilərin, məsələn nəhəng skolependrokimilər (Scolopendra gigantea) quşlara, kərtənkələlərə, quru qurbağalara hücum halları da məlumdur. Əsl skolopendrlər fəsiləsinin (Scolopendridae) nümayəndələri yırtıcıdırlar. Onlar torpağın səthinə çıxır, başlarının böyürlərində sadə gözcük topalarından ibarət olan gözləri olur. Skolopendr müxtəlif həşəratlarla (böcəklər və onların sürfələri, yüyrəklər, düzqanadlılar), hörümçəklərlə, bəzən isə molyusklarla qidalanırlar. Halqalı skolopendr çox kəskin təsirli zəhər ifraz edir, ancaq onun sancması insan üçün ölümcül deyil. Əsl skolopendrlər tək-tük halda Kür-Araz ovalığında və Abşeronda yovşan-efemer bitkilər altındakı torpaqlarda da tapılmışdır. Kor skolopendrlər fəsiləsi (Cryptopidae) ikinci dəfə torpaqda yaşamağa keçmiş və qaranlıqda yaşaması ilə bağlı olaraq görmə qabiliyyətini itirmiş çoxayaqlıları birləşdirir.[3]

Skolependrokimilərin 540, MDB ərazisində 13 növü məlumdur. Rusiyanın Avropa hissəsinin cənubunda və Aralıq dənizi ölkələrində uzunluğu 10 sm-ə çatan halqalı skolopendr (Scolopendra singulata) yayılmışdır. Azərbaycanda Abşeronun quraq yerlərində daşların altında, şərqi Aralıq dənizi ərazilərində yayılmış Scolopendra aralocaspia Kessl. və Scolopendra singulata Latz. tez-tez rast gəlmək olar.Bu fəsilədən Şəki rayonunda Cryptops punctatus C.L.koch tapılmışdır. Lənkəran zonası və Kiçik Qafqazın xam və mədəniləşmiş torpaqlarında 1 m²-də bir neçə kor skolopendrə Gryptops sp. rast gəlmək olar.[3]

  1. Integrated Taxonomic Information System (ing.). 2013.
  2. Minelli A. Class Chilopoda, Class Symphyla and Class Pauropoda. // Animal Biodiversity: An Outline of Higher-level Classification and Survey of Taxonomic Richness / red. Z. Zhang 2011. C. 3148, burax. 1. S. 157–158. ISBN 978-1-86977-849-1, 978-1-86977-850-7
  3. 1 2 3 Azərbayvcanın heyvanlar aləmi, II cild. Bakı, Elm, 2004
  • Azərbayvcanın heyvanlar aləmi, II cild. Bakı, Elm, 2004

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]