Slovakiya avtomobil yolları

Slovakiya avtomobil yolları[1]

Slovakiya avtomobil yolları standart avtomagistrallar (slovak. Diaľnica, uzunluğu — 432 km) və yüksək sürətli məhdud istifadədə olan şoselərdən (slovak. Rýchlostné cesty uzunluğu 288 km) ibarətdir. İdarəedici orqan — Slovakiya Milli Avtomobil yolları və ya NDS şirkəti. Şirkət 2005-ci ildə qurulmuşdur. Slovakiyada ilk müasir formalı yolların inşasına 2 may 1939-cu ildə başlanmışdır. 2008-ci ilə olan məlumata görə ölkədə 43761 km avtomobil yolu vardır. Bunun 432 kilometri avtomagistralların payına düşür. Yüksək sürətli yolların uzunluğu, 288 kilometrdir.

Qaydalar və hərəkət məhdudiyyətlər

[redaktə | mənbəni redaktə et]

Avtomagistrallarda və şoselərdə maksimal sürət adi avtomobil və motosikletlər üçün 130 km/saat təşkil edir. Yük maşınları və yüngül avtomobillər üçün 90 km/s, avtobuslar üçün isə sürət həddi 100 km/s təşkil edir. Qəsəbələr daxilində avtobusların hərəkət sürəti 90 km/saatdan çox ola bilməz. İkitərəfli tunellərdə sürət məhdudiyyətləri 80-dən 100 km /s-ə, bir yollu tunellərdə isə 80 km/s-ə qədərdir. Bratislava-Vaynora-Trnava avtomobil yolunun D1 hissəsində 5 ilə 19 saat arasında 110 km/saat məhdudlaşdırılır. Birtərəfli yollarda bu göstərici 100 km/saatdır.

Avtomagistrallar

[redaktə | mənbəni redaktə et]
D1 Avtomagistralı
D1 Avtomagistralı

Slovakiyada avtomagistrallar iki zolaqlıdır. Sürət həddi 130 km/s təşkil edir. Aşağıdakı avtomobil yolları fəaliyyət göstərir:

Avtomagistrallar
  • Avtomagistral D1 (Slovakiya): BratislavaTrnavaTrençin — Povajska-Bıstrisa — Jilina, Liptovski-Mikulaş — Yanovse, Preşov — Koşise — Zaxor (Ukrayna sərhədinə qədər)
  • Avtomagistral D2 (Slovakiya): Kuti (Çexiya sərhədinə qədər) — Malaski — Bratislava — Yakovisa (Macarıstan sərhədinə qədər))
  • Avtomagistral D3 (Slovakiya): Dolni-Xriçov — Jilina — Çadçq — Skalite (Polşa sərhədinə qədər)
  • Avtomagistral D4 (Slovakiya): Yarovse — Avstriya sərhədinə qədər

Yüksək sürətli şoselər

[redaktə | mənbəni redaktə et]
Şose R1
Şose R1

Məhdud istifadəyə aid şoselər iki zolaqlıdır, avtomobillərin keçməsi üçün tələblər daha yumşaqdır. Lakin sürət həddi eynidir — 130 km/s. aşağıdakı şoselər fəaliyyətdədir:

  • Şose R1: TrnavaNitra — Zvolen — Banska-Bistrisa
  • Şose R2: Çexiya sərhədinə qədər — Trençin — Previdza — Zvolen — Rimavska-Sobota — Koşise
  • Şose R3: Macarıstan sərhədinə qədər — Zvolen — Martin — Polşa sərhədinə qədər
  • Şose R4: Macarıstan sərhədinə qədər — Koşise — Preşov — Svidnik — Polşa sərhədinə qədər
  • Şose R5: Svrçinoveç — Çexiya sərhədinə qədər
  • Şose R6: Beluşa — Puxov — Çexiya sərhədinə qədər
  • Şose R7: Bratislavq — Nove-Zamki — Krupina — LuçenesR1
  • Şose R8
  • Şose R9
  1. "Slovak highway network according to National Highway Company" (slovak). 2019. 2019-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 September 2019.