Slovakiyada nəqliyyat

Slovakiya dəmir yolları

Slovakiyada nəqliyyat özündə hava, boru, avtomobil və dəmiryol nəqliyyatını əks etdirir. Dəmiryol (3662) və avtomagistralları (225,25 km) Mərkəzi Avropanın ən yaxşı inkişaf etmiş yolları sayılır. Ölkənin ən iri hava limanı Bratislavada yerləşən M. R. Ştefanika adına hava limanı adlanır. Dunay çayının ölkədən keçən hissəsi yük və sərnişin daşımada böyük əhəmiyyət daşıyır.

Dəmir yolları

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Slovakiya Dəmir Yolları

Dövlət şirkəti olan Slovakiya dəmir yolları şirkəti yeni yolların çəkilməsi və istismarını təşkil edir. 2008-ci ilə olan məlumata görə ölkədə dəmir yollarının uzunluğu 3662 km təşkil edir:

  • 99 km — enli reylsli (1520 mm), əsasən yük daşımada istifadə edilir.
  • 3473 km — standart reylslər (1435 mm), bunun 1588 km elektrikləşdirilmişdir, 1011 km — iki xətlidir.
  • 50 km — ensiz reylslər (45 km - 1000 mm, 5 km - 750 mm)

Avtomobil yolları

[redaktə | mənbəni redaktə et]

2008-ci ilə olan məlumata görə ölkədə 43761 km avtomobil yolu vardır. Bunun 432 kilometri avtomagistralların payına düşür. Yüksək sürətli yolların uzunluğu, 288 kilometrdir.

Avtomagistrallar
  • Avtomagistral D1 (Slovakiya): BratislavaTrnavaTrençin — Povajska-Bıstrisa — Jilina, Liptovski-Mikulaş — Yanovse, Preşov — Koşise — Zaxor (Ukrayna sərhədinə qədər)
  • Avtomagistral D2 (Slovakiya): Kuti (Çexiya sərhədinə qədər) — Malaski — Bratislava — Yakovisa (Macarıstan sərhədinə qədər))
  • Avtomagistral D3 (Slovakiya): Dolni-Xriçov — Jilina — Çadçq — Skalite (Polşa sərhədinə qədər)
  • Avtomagistral D3 (Slovakiya): Yarovse — Avstriya sərhədinə qədər
Əsas yollar
  • R1: TrnavaNitra — Zvolen — Banska-Bistrisa
  • R2: Çexiya sərhədinə qədər — Trençin — Previdza — Zvolen — Rimavska-Sobota — Koşise
  • R3: Macarıstan sərhədinə qədər — Zvolen — Martin — Polşa sərhədinə qədər
  • R4: Macarıstan sərhədinə qədər — Koşise — Preşov — Svidnik — Polşa sərhədinə qədər
  • R5: Svrçinoveç — Çexiya sərhədinə qədər
  • R6: Beluşa — Puxov — Çexiya sərhədinə qədər
  • R7: Bratislavq — Nove-Zamki — Krupina — Luçenes

Su nəqliyyatı

[redaktə | mənbəni redaktə et]

Dunay çayının ölkədən keçən hissəsinin uzunluğu 172 km təşkil edir. Bu hissə yük və sərnişin daşımada böyük əhəmiyyət daşıyır. Ölkədə iki çay limanı vardır: BratislavaKomarno. 2010-cu ilə olan məlumata görə Slovakiyanın ticarət donanması 9 yük gəmisindən və iki refricerator gəmidən ibsrətdir. Ümumi yük götürmə qabiliyyəti 309049 tondur.

Boru nəqliyyatı

[redaktə | mənbəni redaktə et]

Slovakiyada neft kəmərlərinin uzunluğu 416 km, qaz kəmərlərinin uzunluğu isə 6769 km təşkil edir (2010).

Hava nəqliyyatı

[redaktə | mənbəni redaktə et]

Slovakiyada ümumilikdı 37 hava limanı vardır. Bu limanlardan 18 eniş-uçuş zolağı süni, 17 hava limanınki isə təbii örtüyə malikdir. Burada həm də bir helikoptürlərin eniş meydançası vardır.