Slovakiya coğrafiyası

Slovakiya — əsasən dağlıq ərazilərdən ibarət olan ölkə. Mərkəzi Avropa yerləşən və dənizlərə çıxışı olmayan dövlət.

Slovakiyanın.[1] sahəsi 49 035 km², sərhədlərinin ümumi uzunluğu isə 1 474 km təşkil edir. Sahəsinə görə dünyada 127-ci sıradadır. Ərazisinin 98,1 % quru, 1,9 % su sahələri təşkil edir. Qonşu dövlətlərlə sərhədləri:Avstriya 91 km, Çexiya 197 km, Macarıstan — 676 km, Polşa 420 km, Ukrayna — 90 km.[2]

Slovakiya relyefi

Reltefi əsasən dağlıqdır. Ərazisinin böyük hissəsi Karpat dağları tutyr. Karpat dağlarının ən hündür hissəsi ölkənin şimalında yerləşir və Tatra adlanır. Nisbətən düzənlik sahələr əsasən ölkənin cənub-qərb və cənub-şərq hissəsində Dunay çayı hövzəsi ərazilərdə yerləşir. Karpat dağlarının və Slovakiyanın ən hündür nöqtədi Gerlaxovski Ştit dağıdır (Gerlachovský štit). Hündürlüyü 2655 m təşkil edir. Ölkənin ən alçaq nöqtəsi Bodroq çayı hövzəsidir ki, hündürküyü 94 metrdir. 48.845 km² ərazinin 31% əkin torpaqları, 17% otlaqlar, 41% meşələr təşkil edir. Yerdə qalan 8% isə qayalı dağ silsilələri və digər yarasız torpaqlardır.

İqlimi mülayimdir. Yayı isti, qışı soyuq və rütubətli olur.[3]

Slovakiya yol şəbəkəsi 2000-ci ilə olan məlumata görə 42.696 km-dir. 3.341 km birinci sinif yollar, 3.734 km ikinci sinif yollar, 10.401 km üçüncü sinif yollar və 25.220 km yerli yollardan ibarətdir. Dəmir yollar şəbəkəsi 3,512 km təşkil edir. Əsas su nəqliyyatı 172 km naviqasiyaya malik Tuna çayıdır. Digər naviqasiya çaylar: Vah və Bodroq. Əsas çay limanları Bratislava və Komarnodur.

2006-cı ilə olan məlumata görə Slovakiyada 5.391.000 nəfər yaşayır. Əhalinin 85 % slovak, 9,7% macar, 1,7% rumın, 0,8% çex, 0,4% rus, 0,2% ukraynalıdır. Ölkədə orta sıxlıq hər km² 110 nəfər düşür.

Neft və qaza olan tələbatını iqxal hesabına ödəyir. Atom stansiyaları enerjiyə olan təlabatın 55, 7 % ödəyir. Su elektrik stabsiyaları 13,9%, daş kömür 10,9%, təbii qaz, 7,9% neft isə 2,4% təmin edir. Kənd təsərrüfatı [ redaktə ]

Əsas bitkilər buğda, arpa, qarğıdalı, şəkər çuğunduru və kartofdur. Üzümçülük geniş əraziləri əhatə edir. Donuz, mal-qara və qoyun maldarlığın əsaas sahələridir.

Slovakiya qismən 19-cu əsrdə sənayeləşmiş, lakin 20-ci əsrin ikinci yarısında isə tam sənayeləşmiş ölkəyə çevrilmişdir. Kommunist hökuməti ağır və silah sənayesini nkişaf etdirmişdir. 1993-cü ildə Çexoslovakiya olan məxməri inqilab və müstəqillikdə sonra sənaye bir qədər zəifləmişdir.

  1. "bedekr.cz". 2020-11-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-18.
  2. Slovakia Arxivləşdirilib 2020-04-07 at the Wayback MachineCIA World Factbook
  3. Votruba, Martin. "Slovakia's Weather". Slovak Studies Program. University of Pittsburgh. 2012-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-11.